Pentaqon üçün hipersəs silahlar çox bahalıdır| Bəs qiymət azaldılmalıdır?

2021/02/66266-1614075452.jpg
Oxunub: 944     19:11     15 Oktyabr 2021    
Pentaqon müdafiə podratçılarından hipersəs sürətə malik silahların son qiymətinin azaldılmasını istəyir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin Tədqiqat və Mühəndislik üzrə müavini Heydi Şyu danışıb.

Yeni nəsil super sürətli raketlər hazırkı dövrdə vahid başına qiyməti on milyonlarla dollara başa gəlir.

Hal-hazırda, ABŞ düşmən ərazisinə dərin zərbələr endirmək üçün hər birinin qiyməti 5 milyon dollardan aşağı olan müasir texnologiyalı qanadlı raketlərdən istifadə edir. Lakin qanadlı raketlər hipersəs silahlarından daha zəifir, çünki onlar daha qısa məsafəyə malikdir, daha yavaş və daha həssasdır.

Həm “Lockheed Martin”, həm də “Raytheon Technologies” Pentaqon üçün hipersəs silahlar üzərində işləyir.

Pentaqonun hipersəs tədqiqatlar üçün 2022 maliyyə ilində büdcə tələbi 3.8 milyard dollardır. Əvvəlki il bu rəqəm 3.2 milyard dollar olub.

Sentyabr ayında Qabaqcıl Müdafiə Araşdırma Layihələri Agentliyi (DARPA) səs sürətinin beş qatından daha yüksək sürətə malik hipersəs silahını uğurla sınaqdan keçirib. Bu, 2013-cü ildən bəri bu silah sinfinin ilk uğurlu sınağı idi.

Hipersəs silahlar atmosferin yuxarı hissəsində səs sürətinin beş qatından çox və ya saatda təxminən 6200 kilometr sürətlə hərəkət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Hipersəs-silahı  

Pentaqon üçün hipersəs silahlar çox bahalıdır| Bəs qiymət azaldılmalıdır?

2021/02/66266-1614075452.jpg
Oxunub: 945     19:11     15 Oktyabr 2021    

Bizi "telegram"da izləyin