İsrail Avropa ölkəsinə “Hero” kamikadze PUA-ları satacaq

2021/10/hero--1634112658.jpg
Oxunub: 1041     19:09     13 Oktyabr 2021    
Almaniyanın “Rheinmetall” və İsrailin “UVision” şirkətləri “Hero” kamikadze PUA-larını Avropa ölkəsinə satmaq üçün strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Ordu.az xəbər veir ki, “Rheinmetall” silah sisteminin imkanlarını artırmaq üçün sənaye, texnoloji və kommersiya fəaliyətlərini icra edəcək, “UVision” isə “Hero” PUA-larnı təqdim edəcək.

Tərəflər “Hero” sistemlərini “Rheinmetall”ın insanlı və insansız quru platformaları, buraxılış qurğuları, döyüş idarəetmə sistemləri və “Lynx” kimi zirehli maşın portfelinə inteqrasiya etməyi planlaşdırırlar.

“Hero” kamikadze PUA ailəsi bir neçə modeldən ibarətdir. Müxtəlif döyüş başlıqlarından istifadə edən qısa, orta və uzun məsafələrə və uçuş vaxtlarına qədər fərqli missiyalar üçün hazırlanmış “Hero” seriyası yüksək dəqiqlikli “gəzən sursat”dır. Platforma əməliyyat qüvvələrinə kəşfiyyat, müşahidə, nəzarət (ISR) və zərbə qabiliyyətləri verir ki, bu da hədəflərin müstəqil şəkildə aşkarlanmasına şərait yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Avropa   Hero  


İsrail Avropa ölkəsinə “Hero” kamikadze PUA-ları satacaq

2021/10/hero--1634112658.jpg
Oxunub: 1042     19:09     13 Oktyabr 2021    
Almaniyanın “Rheinmetall” və İsrailin “UVision” şirkətləri “Hero” kamikadze PUA-larını Avropa ölkəsinə satmaq üçün strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Ordu.az xəbər veir ki, “Rheinmetall” silah sisteminin imkanlarını artırmaq üçün sənaye, texnoloji və kommersiya fəaliyətlərini icra edəcək, “UVision” isə “Hero” PUA-larnı təqdim edəcək.

Tərəflər “Hero” sistemlərini “Rheinmetall”ın insanlı və insansız quru platformaları, buraxılış qurğuları, döyüş idarəetmə sistemləri və “Lynx” kimi zirehli maşın portfelinə inteqrasiya etməyi planlaşdırırlar.

“Hero” kamikadze PUA ailəsi bir neçə modeldən ibarətdir. Müxtəlif döyüş başlıqlarından istifadə edən qısa, orta və uzun məsafələrə və uçuş vaxtlarına qədər fərqli missiyalar üçün hazırlanmış “Hero” seriyası yüksək dəqiqlikli “gəzən sursat”dır. Platforma əməliyyat qüvvələrinə kəşfiyyat, müşahidə, nəzarət (ISR) və zərbə qabiliyyətləri verir ki, bu da hədəflərin müstəqil şəkildə aşkarlanmasına şərait yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Avropa   Hero  


Bizi "telegram"da izləyin