“ABŞ-la böhranı həll etsək, F-35 proqramına dönə bilərik” - İbrahim Kalın

2021/10/15991-1634112584.jpg
Oxunub: 854     14:08     13 Oktyabr 2021    
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ölkənin ABŞ-dan F-16 alması ilə əlaqədar xüsusi açıqlamalar verib.

Ordu.az xəbər verir ki, bu barədə o, “Milliyet” qəzetinə müsahibəsi zamanı danışıb.

F-16-ların alınması üçün ABŞ-a müraciət edilməsi barədə danışan Kalın qeyd edib ki, məsələ hələ yeni formalaşır, şərtləri aydınlaşdıqdan sonra ehtiyaclar çərçivəsində son qərar veriləcək.

“F-16-larla bağlı köhnə texnologiya tənqidləri doğru deyil. Hazırda F-16-lar Türkiyə və NATO hava qüvvələrinin əhəmiyyətli bir hissəsini təşkil edir. Bir müddət fəaliyyət göstərməyə davam edəcək. NATO-nun ən güclü müttəfiqlərindən biri kimi ölkəmizin maraqlarına uyğun olaraq bu sahədə işlərimizi davam etdiririk”, - deyə Kalın bildirib.

Türkiyənin F-35 proqramından çıxarılmasından danışan Kalın bu addımın tamamilə qanunsuz və ədalətsiz olduğunu ifadə edib.

“Bu, təkcə Türkiyə üçün deyil, həm də F-35 proqramı üçün səhv və bahalı bir qərardır. Ümid edirəm ki, bu səhvdən ən qısa zamanda geri dönərlər, amma bunu etməsələr, həmin layihə üçün 1,4 milyard dollar büdcəmiz var. Bu bizim pulumuzdur, ondan düzgün istifadə etməyin alternativləri nələrdir? F-35 problemi yaxın gələcəkdə həll olunmayacaqsa, alternativlərə baxmağımız təbiidir. Türkiyə müdafiə sənayesi sahəsində alternativsiz deyil”, - deyə o qeyd edib.

Türkiyəyə qarşı müdafiə sənayesi embarqolarına toxunan Kalın açıq və ya gizli embarqoların artıq təsirlərinin olmadığını vurğulayıb.

“Kimsə Türkiyəni bu şəkildə cəzalandırmağı düşünürsə, bunun boş bir fikir olduğunu xatırlatmaq lazımdır. Ödədiyimiz pul qarşılığında mövcud F-16 parkını genişləndirmək və mövcud F-16-larımızı modernləşdirmək alternativ hesab edilə bilər. Əlbəttə ki, F-35 əhəmiyyətli texnologiyadır və ilk seçimimiz layiq olduğumuz F-35-ləri almaqdır. Ancaq sanksiyalar səbəbindən qırıcı təyyarə parkımızı gücləndirmək layihəsindən əl çəkməyəcəyik. ABŞ-la bu böhran aradan qalxarsa, Türkiyə yenidən proqrama girəcək və F-35-lərimizi alacağıq. Həll olunmasa və problem bir müddət belə qalsa, alternativ axtarışlarımıza davam edəcəyik”, - deyə Kalın qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ABŞ   F-16  

“ABŞ-la böhranı həll etsək, F-35 proqramına dönə bilərik” - İbrahim Kalın

2021/10/15991-1634112584.jpg
Oxunub: 855     14:08     13 Oktyabr 2021    

Bizi "telegram"da izləyin