Azərbaycan-İran sərhədində nə baş verir?| Tehran qaçaqmalçı, yoxsa casus ixrac edir...

2021/10/16238-1634022879.jpg
Oxunub: 4604     12:43     13 Oktyabr 2021    
İran rejimi ən müxtəlif səviyyələrdə saxta xəbərlər yaymağa və Azərbaycanı təhdid etməyə davam edir. Sonuncu dəfə İranın Sərhəd Qoşunları iddia edib ki, guya Azərbaycan sərhədlərində İsrail ordusu bazalar qurub, onlar İranın yük maşınlarına mane yaradır. Bundan əvvəl İranın Xarici İşlər Nazirliyi guya Azərbaycanda terrorçuların olması barədə əsassız iddialar səsləndirib. İranın rəsmi qurumları iddiaları barədə “sübutlara” malik olduğu desə də, nədənsə onları yaymaqdan çəkinir. Azərbaycan və İran arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) İranın səhəd qoşunlarına layiqli cavab verib. DSX bildirib ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq.

“Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur”, - deyə DSX-nin mətbuat xidməti bildirib.

Hazırda İran ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. DSX İrana xəbərdarlıq edərək bildirib ki, dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

“Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə Xidmət bildirib.

Bu açıqlamadan sonra DSX İrandan gələn narkotikin ələ keçirilməsi barədə məlumat yayıb. Sərhədçilərimiz çəkisi 102 kiloqram 424 qram olan narkotik vasitə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alıblar. Sərhədi pozan İran vətəndaşları ilə bağlı lazımı tədbirlər görülüb. İran və Azərbaycan arasında gərginliyin bu qədər artdığı bir dövrdə 100 kiloqramdan artıq narkotik maddənin Azərbaycana keçirilməsinə cəhd edilməsi təsadüfi deyil.

Azərbaycan sərhədçiləri müxtəlif dövrlərdə kütləvi miqdarda narkotik trafikinin qarşısını alıb. DSX tərəfindən ələ keçirilən İran vətəndaşı qaçaqmalçıların İran gömrüyündən maneəsiz keçməsi onu deməyə əsas verir ki, Tehran onlardan həm də casus kimi istifadə etməyə çalışır. Onlar Azərbaycanın təhlükəsizlik infrasturukturuna zərbə vurmağa, müxtəlif təxribatlar törətməyə cəhdlər edir. Təbii ki, Azərbaycanın təhlükəsizlik qüvvələri bu cəhdlərin qarşısını qətiyyətlə alır.

İranın ümumilikdə narkotrafiklə məşğul olması müxtəlif dövrlərdə sübuta yetirilib. Azərbaycanın gömrük orqanlarının məlumatlara nəzər salaq: Azərbaycan gömrükçüləri tərəfindən 2020-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayına qədər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 675 kq 418 qram narkotik və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 99%-dən çoxu İran ilə həmsərhəd Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük postlarından ölkəmizə keçirilməsi zamanı aşkarlanıb. Azərbaycan tərəfi gömrükdə bunları aşkarlasa da, İran tərəfi nəzarəti tam olaraq həyata keçirə bilmir və ya keçirmək istəmir.

Vətən müharibəsindən əvvəl işğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Azərbaycanın işğal altında olan ərazilərindən narkotrafik marşrutu kimi istifadə məsələsində İran xüsusi fəallığı ilə seçilib. Əfqanıstandan Qərbə doğru gedən marşrutlar həm də İrandan keçməklə Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistana, oradan da Avropaya istiqamətlənib. İranla həmsərhəd olan Zəngilan və Cəbrayıl rayonları Ermənistanın işğalı altında olduğuna görə narkotikin bu ərazilərdən ötürülməsində hər hansı problem yaranmayıb.

Amma Vətən müharibəsindən torpaqların işğaldan azad olunması İranla 132 km-lik sərhədin bərpa edilməsinə səbəb oldu. Bu, 30 ilə yaxın dövrdə maneəsiz işləyən narkotrafik marşrutunun qapanması demək idi. Sonrakı dövrdə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 23 km-lik hissəsinin nəzarətə götürülməsi ilə narkotrafiklə bağlı digər imkanlar da məhdudlaşdırdı. Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub və İran maşınlarına nəzarət edir. Şübhə yoxdur ki, narkotiklərin daşınmasına əngəl olunması İran tərəfindən xoş qarşılanmayıb.

Benəlxalq sanksiyalar şəraitində iqtisadiyyatı tədricən məhv olan İran narkotrafikdən milyardlarla dollar pul götürür. Amma burada İran yalnız gəlir əldə etmək niyyətində deyil. Narkotik ticarətində dövriyyənin bu qədər yüksək olması təkcə biznes vasitəsi deyil, həm də bioloji müharibə silahıdır. Bu ölkədən daşınan narkotik vasitələr Azərbaycanın milli genofondunun məhvini qarşısına məqsəd qoyub. Bu vasitələrin tədarükçüsü olan islam dövlətinin mənsubları dinin prinsiplərini, beynəlxalq hüququ pozaraq narkotik vasitələrin satışından külli miqdarda gəlir qazanırlar.

İranın Azərbaycanda guya terrorçuların olması ilə bağlı ittihamları isə olduqca ironikdir. Tehranın İraq, Suriya, Əfqanıstan, Yəməndə terrorçulara dəstəyi hər kəsə məlumdur. İran istehsal etdiyi ağır silahları bu terrorçulara ötürərək mülki insanlara qarşı qətliamlar törədir.

İranın Vətən müharibəsindən sonra regionda siyasi konfiqurasiyanın yenidən formalaşması prosesindən kənarda qalması da onun əvvəllər üstü örtülü formada səsləndirdiyi narahatlıqları açıq-aşkar deməsinə səbəb olub. Bu gün regionda baş verən istənilən proses İranın iştiakı olmadan baş verir. Yaxın Şərqdə tədricən güc itirən İranın Cənubi Qafqazda da prosesdən kənarda qalması rəsmi Tehranı narahat edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Təxribat   Azərbaycan   DSX   Narkotrafik   Terror  

Azərbaycan-İran sərhədində nə baş verir?| Tehran qaçaqmalçı, yoxsa casus ixrac edir...

2021/10/16238-1634022879.jpg
Oxunub: 4605     12:43     13 Oktyabr 2021    

Bizi "telegram"da izləyin