Türkiyə ordusuna 35 mm zenit sistemləri təhvil verilib

2021/10/35mm--1634112466.jpg
Oxunub: 917     15:53     13 Oktyabr 2021    
Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin modernləşdirilməsi layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə 35 mm çaplı zenit sistemləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Bununla yanaşı Türkiyə ordusuna yeni istehsal edilən Atəşi İdarəetmə Cihazı (AİC) da tədarük edilib. Bu sistem kritik qurğuların və sabit hərbi hissələrin hava hücumundan müdafiəsinin effektiv olmasına imkan verir. AIC ASELSAN tərəfindən modernləşdirilmiş 35 mm çaplı zenit silahının və HİSAR layihəsi çərçivəsində ASELSAN tərəfindən hazırlanan “HİSAR-A” HHM sistemlərinin atəş və komanda nəzarətini öz üzərinə götürür.

Modernləşdirmə işləri çərçivəsində 35 mm zenit silahlarının bütün elektron alt komponentləri yenilənib. Bu silahlar, müasir texnologiyadan istifadə edərək, aşağı hündürlüklərdə təsirli hava hücumundan müdafiə silahı olaraq istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM  


Türkiyə ordusuna 35 mm zenit sistemləri təhvil verilib

2021/10/35mm--1634112466.jpg
Oxunub: 918     15:53     13 Oktyabr 2021    
Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin modernləşdirilməsi layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə 35 mm çaplı zenit sistemləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Bununla yanaşı Türkiyə ordusuna yeni istehsal edilən Atəşi İdarəetmə Cihazı (AİC) da tədarük edilib. Bu sistem kritik qurğuların və sabit hərbi hissələrin hava hücumundan müdafiəsinin effektiv olmasına imkan verir. AIC ASELSAN tərəfindən modernləşdirilmiş 35 mm çaplı zenit silahının və HİSAR layihəsi çərçivəsində ASELSAN tərəfindən hazırlanan “HİSAR-A” HHM sistemlərinin atəş və komanda nəzarətini öz üzərinə götürür.

Modernləşdirmə işləri çərçivəsində 35 mm zenit silahlarının bütün elektron alt komponentləri yenilənib. Bu silahlar, müasir texnologiyadan istifadə edərək, aşağı hündürlüklərdə təsirli hava hücumundan müdafiə silahı olaraq istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM  


Bizi "telegram"da izləyin