İran “Məcid” adlı yeni HHM sistemini təqdim edib

2021/10/Majid-1634112409.jpg
Oxunub: 862     16:43     13 Oktyabr 2021    
İranın yeni ixracat kataloqunda bəziləri yeni olan bir çox raket sistemi barədə məlumatlar dərc edilib. Kataloqda diqqət çəkən Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən biri aşağı əməliyyat hündürlüyünə malik “Məcid” adlı sistemlərdir.

Keçən il BMT-nin silah embarqosu ləğv edildikdən sonra İran yerli istehsal raket və silah sistemlərini ixrac etmək üçün hərəkətə keçdi. İranın ixrac üçün müştəri olaraq gördüyü ölkələr Suriya, Venesuela və Efiopiyadır. İxrac məhsullarının təqdim edildiyi kataloqlarda qanadlı raketlərdən hava hücumundan müdafiə raketlərinə qədər bir çox sistem var. Kataloqlarda Çinin C802 raketi, AESA atəşə nəzarət radarları olan “Xordad” və “Bavar-373” HHM sistemlərinin ixrac versiyaları və “Məcid” adlı yeni HHM sistemi üzərində hazırlanmış “Nur” gəmi əleyhinə raketinin 200 və 300 kiloqram mənzilə malik variantları fərqlənir.

AD-08 olaraq kodlaşdırılan “Məcid” yeni tətbiq olunan sistemlərdən biridir. 8 kilometr mənzilə sahib olduğu açıqlanan sistem infraqırmızı (IR) və ya görüntüləmə infraqırmızı (IIR) axtaran başlığa və passiv axtarış qabiliyyətinə malik infraqırmızı axtarış və izləmə sisteminə (IRST) malikdir. Raketin ölçüləri ABŞ istehsalı olan RIM-116 RAM və ROKETSAN tərəfindən hazırlanmış “Sungur” raketləri arasındadır. Raketin forması Çin istehsalı olan FB-10 raketinə bənzəyir.

4 × 4 təkər formuluna malik pikapa quraşdırılan “Məcid” asimmetrik müharibə üçün hazırlanıb. Yəməndə, Suriyada və buna bənzər coğrafiyalarda İranın dəstəklədiyi qrupların sistemin ilk istifadəçiləri olacağı təxmin edilir. Tamamilə passiv sistemin Yəmən və Suriyadakı PUA və helikopterləri təhdid etmək ehtimalı yüksəkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   HHM  

İran “Məcid” adlı yeni HHM sistemini təqdim edib

2021/10/Majid-1634112409.jpg
Oxunub: 863     16:43     13 Oktyabr 2021    

Bizi "telegram"da izləyin