Zabitimiz dünya çempionu oldu

2021/10/db0e9-1634108659.jpg
Oxunub: 510     12:43     13 Oktyabr 2021    
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun zabiti qızıl medal qazanıb. Yarışda ölkəmizi hər 3 güləş növü üzrə idmançılarımız təmsil edib.

Yarışın 6-cı günündə 82 kq çəki dərəcəsində mübarizəyə qoşulan yunan-Roma güləşçimiz baş leytenant Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən zabitimiz güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub.

Mərkəzi Ordu İdman Klubunun nailiyyətlərinə daha birini əlavə edən baş leytenant Rafiq Hüseynov bundan qabaq 2 dəfə Qızıl Qran-Pri qalibi, dəfələrlə Azərbaycan çempionu, Avropa çempionu, 2015-ci ildə keçirilən hərbçilərarası Olimpiya çempionatının qalibi, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya ikincisi və 77 kq çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub. İdmançımız haqqında qəzetimizdə dəfələrlə məqalələr dərc olunub. O, həmişə müsahibələrində ata yolunun davamçısı olduğunu vurğulayıb. Beləki, Rafiqin idmanla ilk tanışlığı atası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Radik Hüseynovun sayəsində olub. Elə ilk məşqçisi də atası olub. Hər dəfə qazandığı qələbələrdə atasının zəhməti olduğunu qeyd edən zabitimiz, məhz final görüşündə qələbə qazandıqdan sonra da telekameralar vasitəsilə atasına müraciət edərək "Ata, oğlun dünya çempionudur" deyib.

İdmançı olmaqla yanaşı şərəfli peşə sahibi olan Rafiqin düşüncələrini öyrənirəm. Hələ ölkəmizə qayıtmadığına görə idmançımızla görüşə bilmədiyim üçün təəssüflənir, telefon zəngi edib qələbə sevincini bölüşürəm.

Çox sevincli və qürurlu olduğunu qeyd edən idmançımız çətin yarış olduğunu bildirir. "Rəqiblərimin hər biri peşəkar idmançılar olsa da qalib gələcəyimə inamım böyük idi. Yarışda da inam və mübarizlik əsas silahlardan biridir. Öz üzərimdə çox çalışır, əzmkarlıqla məşqlər edirdim. Qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşdum. Burada qalib gəlməyin mənim üçün xüsusi bir yeri var. Mən idmançı olmaqla yanaşı şərəfli peşə sahibi, hərbçiyəm. Bu turnirin Vətən müharibəsinin ildönümünə təsadüf etməsi məni qalib olmağa daha da ruhlandırdı. Qızıl medal qazanıb qələbəmi ötən il bu günlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızdan düşmənləri qovan rəşadətli ordumuza həsr etmək istəyirdim. Bu məqsəd mübarizliyimi, dözümlülüyümü, inamımı ikiqat artırdı. Qalib ordunun zabiti kimi, tatami üzərində də qələbə qazanacağıma inanırdım. Şükürlər olsun ki, arzumu reallaşdırdım, qızıl medalı qazandım".

33 yaşlı MOİK pəhləvanı qələbəsindən sonra azarkeşləri təəccübləndirən jesti haqqında da danışdı.

"Qalib gəldikdən sonra Türkiyə və Azərbaycan bayrağını bir yerdə götürməyim və 44 deməyim təsadüfi deyildi. Bu qələbəmi torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhid və qazi olan qardaşlarımızın xatirəsinə, həmçinin hər zaman olduğu kimi haqq savaşımızda da bizə ən böyük dəstək göstərən qardaş ölkə Türkiyənin terrorla apardığı mübarizədə həlak olan şəhidlərinə ərmağan etdi. Bu qələbə tək mənim yox, ordunun, şəhidlərin, qazilərin qələbəsidir. Ona görə də simvolik olaraq sonda 44 deyib, qələbəmi kimə həsr etdiyimi bütün dünyaya elan etdim. Qoy şəhidlərimizin ruhları şad olsun. Çünki biz onların əziz xatirəsini heç zaman unutmur, unutmayacaq, qəlbimizdə daim yaşadacağıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, yaxınlarına səbir diləyirəm".

İdmançımız bildirir ki, Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Mundialın son 4 günündə klassik güləş üzrə mübarizə baş tutub. Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Beləliklə, komandamız 6 illik fasilədən sonra DÇ-də ilk üçlükdə qərarlaşıb.

...Baş leytenant Rafiq Hüseynovla danışığımızı yekunlaşdırır, düşüncələrini bölüşdüyünə görə redaksiyamız adından təşəkkürümü bildirirəm. Möhtəşəm qələbəsi münasibətilə zabiti bir daha təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və idman arenalarında yeni-yeni qələbələr arzulayıram.

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

Zabitimiz dünya çempionu oldu

2021/10/db0e9-1634108659.jpg
Oxunub: 511     12:43     13 Oktyabr 2021    

Bizi "telegram"da izləyin