Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələr aparılacaq - FOTOLAR

2021/10/7c074-4902186240.jpg
Oxunub: 482     21:11     12 Oktyabr 2021    
Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikası xarici işlər naziri Odonqo Jeje Abubakar ilə görüşüb.

Bu barədə Ordu.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.


Görüş zamanı tərəflər Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Uqandanın Qoşulmama Hərəkatında 2023-cü ilin sonunda sədrliyi həyata keçirəcəyi və bu xüsusda, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edən nazirlər, Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələrin aparılmasını qərara alıblar.


Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Uqanda  


Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələr aparılacaq - FOTOLAR

2021/10/7c074-4902186240.jpg
Oxunub: 483     21:11     12 Oktyabr 2021    
Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikası xarici işlər naziri Odonqo Jeje Abubakar ilə görüşüb.

Bu barədə Ordu.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.


Görüş zamanı tərəflər Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Uqandanın Qoşulmama Hərəkatında 2023-cü ilin sonunda sədrliyi həyata keçirəcəyi və bu xüsusda, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edən nazirlər, Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələrin aparılmasını qərara alıblar.


Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Uqanda  


Bizi "telegram"da izləyin