Abşeronda şəhid mayor Azər Mikayılovun il mərasimi keçirilib - FOTO

2021/10/azer_-1634045986.jpg
Oxunub: 813     17:27     12 Oktyabr 2021    
Vətənimizin bütövlüyü uğrunda döyüşən kəşfiyyatçı, mayor Mikayılov Azər Əmrah oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur.

Ordu.az xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron rayonunun Masazır kəndi məscidində şəhidimizin il mərasimi keçirilib.

Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri, eləcə də şəhid anaları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abşeron   Şəhid  


Abşeronda şəhid mayor Azər Mikayılovun il mərasimi keçirilib - FOTO

2021/10/azer_-1634045986.jpg
Oxunub: 814     17:27     12 Oktyabr 2021    
Vətənimizin bütövlüyü uğrunda döyüşən kəşfiyyatçı, mayor Mikayılov Azər Əmrah oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur.

Ordu.az xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron rayonunun Masazır kəndi məscidində şəhidimizin il mərasimi keçirilib.

Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri, eləcə də şəhid anaları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abşeron   Şəhid  


Bizi "telegram"da izləyin