"Past": Müharibə zamanı Köçəryan oğlunu ehtiyatda olan briqadaya köçürüb

2021/10/andra-1634031130.jpg
Oxunub: 666     12:07     13 Oktyabr 2021    
"Bir neçə gün əvvəl Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan növbəti dəfə oğlunun 44 günlük müharibə zamanı qəlpə yarası aldığını, əllərində qəlpələr olduğunu bildirib".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Nəşr qeyd edib ki, qeyd olunan məsələ haqqında Köçəryanın açıqlamalarından başqa heç bir sübut təqdim edilmir.

Məlumata görə, Andranik Köçəryanın oğlu Qarabağdakı qanunsuz "hərbi birləşmə"nin tərkibində qulluq edib, lakin müharibə zamanı hərbi xidmətini ehtiyatda olan Haykazov briqadasında keçirib.

Bildirilib ki, bu briqada əvvəlcə Şuşa yaxınlıqlarında olub, Azərbaycan Ordusunun Şuşaya daxil olmasından sonra isə hərbi hissə Xankəndidəki hərbi polisə köçürülüb və Köçəryanın oğlu müharibənin sonuna qədər bu briqadada qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Xaos  


"Past": Müharibə zamanı Köçəryan oğlunu ehtiyatda olan briqadaya köçürüb

2021/10/andra-1634031130.jpg
Oxunub: 667     12:07     13 Oktyabr 2021    
"Bir neçə gün əvvəl Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan növbəti dəfə oğlunun 44 günlük müharibə zamanı qəlpə yarası aldığını, əllərində qəlpələr olduğunu bildirib".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Nəşr qeyd edib ki, qeyd olunan məsələ haqqında Köçəryanın açıqlamalarından başqa heç bir sübut təqdim edilmir.

Məlumata görə, Andranik Köçəryanın oğlu Qarabağdakı qanunsuz "hərbi birləşmə"nin tərkibində qulluq edib, lakin müharibə zamanı hərbi xidmətini ehtiyatda olan Haykazov briqadasında keçirib.

Bildirilib ki, bu briqada əvvəlcə Şuşa yaxınlıqlarında olub, Azərbaycan Ordusunun Şuşaya daxil olmasından sonra isə hərbi hissə Xankəndidəki hərbi polisə köçürülüb və Köçəryanın oğlu müharibənin sonuna qədər bu briqadada qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Xaos  


Bizi "telegram"da izləyin