“Joğovurd”: David Tonoyan Paşinyanı xilas etmək üçün susur

2021/10/16058-1634030976.jpg
Oxunub: 589     20:40     12 Oktyabr 2021    
“Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyanın ətrafında baş verən cinayət proseslərindən yeni detallar məlum olub. Keçmiş nazirin niyə ifadə vermədiyi məlum olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin qeyd edib ki, Ermənistan Müdafiə nazirinin vəkil qrupu bəyanat yayaraq Davit Tonoyanın ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədiyini və heç bir halda qəbul etməyəcəyini bildirib.

Məlumata görə, Ermənistanın keçmiş Müdafiə nazirinin susması Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsiyyəti ilə bağlıdır.

“Məsələ burasındadır ki, Tonoyan yaxın ətrafına deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onun ittiham olunduğu bütün prosesdən xəbərdardır. Tonoyan isə təxminən 4,7 milyon dollar mənimsəməkdə və saxtakarlıqlar, ictimai təhlükəli əməllər törətməkdə günahlandırılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


“Joğovurd”: David Tonoyan Paşinyanı xilas etmək üçün susur

2021/10/16058-1634030976.jpg
Oxunub: 590     20:40     12 Oktyabr 2021    
“Ermənistanın keçmiş Müdafiə naziri Davit Tonoyanın ətrafında baş verən cinayət proseslərindən yeni detallar məlum olub. Keçmiş nazirin niyə ifadə vermədiyi məlum olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin qeyd edib ki, Ermənistan Müdafiə nazirinin vəkil qrupu bəyanat yayaraq Davit Tonoyanın ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədiyini və heç bir halda qəbul etməyəcəyini bildirib.

Məlumata görə, Ermənistanın keçmiş Müdafiə nazirinin susması Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsiyyəti ilə bağlıdır.

“Məsələ burasındadır ki, Tonoyan yaxın ətrafına deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onun ittiham olunduğu bütün prosesdən xəbərdardır. Tonoyan isə təxminən 4,7 milyon dollar mənimsəməkdə və saxtakarlıqlar, ictimai təhlükəli əməllər törətməkdə günahlandırılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin