NASAMS HHM sistemləri üçün yeni radar hazırlanır

2021/10/pictu-1634022272.jpg
Oxunub: 677     17:29     12 Oktyabr 2021    
“Raytheon Missiles & Defense” şirkəti NASAMS Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün yeni radar hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” nəşri yazıb.

Şirkət bildirib ki, “GhostEye MR” adlı yeni radar ABŞ Ordusu üçün istehsal edilən Aşağı Səviyyəli Hava və Raketdən Müdafiə Sensorunun bir variantıdır.

360 dərəcə müşahidə və inkişaf etmiş atəşi idarəetmə qabiliyyətləri təmin edən radar AESA tiplidir. Radar 2022-ci ildə açıq havada sınaqdan keçiriləcək.

NASAMS HHM sistemi “Raytheon” və “Kongsberg” tərəfindən birgə hazırlanıb. NASAMS qərb bloku ölkələrinin tez-tez üstünlük verdiyi sistemdir. Mövcud AIM-120 AMRAAM, AIM-9X və bu yaxınlarda inkişaf etdirilən AMRAAM-ER raketlərindən istifadə edərək sistem qısa məsafədən orta mənzilə qədər qorunma təmin edir.

Sistem 12 ölkə tərəfindən seçilib və 2005-ci ildən ABŞ-ın Milli Paytaxt Bölgəsinin HHM sisteminə inteqrasiya edilib. ABŞ, Norveç, Finlandiya, İspaniya, Hollandiya, Oman, Litva, İndoneziya, Avstraliya, Qətər, Macarıstan və açıqlanmayan ölkə kritik varlıqlarını qorumaq üçün NASAMS istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NASAMS   HHM  

NASAMS HHM sistemləri üçün yeni radar hazırlanır

2021/10/pictu-1634022272.jpg
Oxunub: 678     17:29     12 Oktyabr 2021    

Bizi "telegram"da izləyin