Yunanıstan ABŞ qüvvələrinin istifadə etdiyi hərbi bazaları modernləşdirəcək

2018/10/2f6rd-1539264855.jpg
Oxunub: 625     15:46     12 Oktyabr 2021    
Yunanıstan hökuməti ölkədə ABŞ qoşunlarının istifadə etdiyi hərbi bazaları modernləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Penaqiotopoulos məlumat verib.

Bundan əvvəl Yunanıstanın Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişini yeniləməklə yeni bazalar inşa edəcəyi gözlənilirdi.

“İnanıram ki, indiki mərhələdə əməkdaşlığın dərinləşməsi daha vacibdir. Bu mövqe açıq şəkildə hər iki tərəfi ifadə edir”, - deyə nazir qeyd edib.

Yunanıstan bu ayın sonunda İngiltərə ilə də müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq.

Xarici İşlər naziri Nikos Dendiasın Əməkdaşlıq Sazişinin müddətinin uzadılması haqqında sazişi cümə axşamı Vaşinqtonda imzalayacağı gözlənilir. Ehtimal olunur ki, müqavilənin müddəti 5 il uzadılacaq.

Yunanıstandakı ABŞ qüvvələri Krit adasındakı “Souda Bay” dəniz bazasından başqa, Volos, Stefanovikeio, Aleksndroupoli limanı və Larissa hava bazası da daxil olmaqla bir çox yerlərdə rotasiya qaydasında yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ  


Yunanıstan ABŞ qüvvələrinin istifadə etdiyi hərbi bazaları modernləşdirəcək

2018/10/2f6rd-1539264855.jpg
Oxunub: 626     15:46     12 Oktyabr 2021    
Yunanıstan hökuməti ölkədə ABŞ qoşunlarının istifadə etdiyi hərbi bazaları modernləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Penaqiotopoulos məlumat verib.

Bundan əvvəl Yunanıstanın Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişini yeniləməklə yeni bazalar inşa edəcəyi gözlənilirdi.

“İnanıram ki, indiki mərhələdə əməkdaşlığın dərinləşməsi daha vacibdir. Bu mövqe açıq şəkildə hər iki tərəfi ifadə edir”, - deyə nazir qeyd edib.

Yunanıstan bu ayın sonunda İngiltərə ilə də müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq.

Xarici İşlər naziri Nikos Dendiasın Əməkdaşlıq Sazişinin müddətinin uzadılması haqqında sazişi cümə axşamı Vaşinqtonda imzalayacağı gözlənilir. Ehtimal olunur ki, müqavilənin müddəti 5 il uzadılacaq.

Yunanıstandakı ABŞ qüvvələri Krit adasındakı “Souda Bay” dəniz bazasından başqa, Volos, Stefanovikeio, Aleksndroupoli limanı və Larissa hava bazası da daxil olmaqla bir çox yerlərdə rotasiya qaydasında yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ  


Bizi "telegram"da izləyin