Amerikalı cütlük nüvə sualtı gəmisi ilə bağlı sirləri xarici ölkəyə satmaqda günahlandırılır

2021/10/68251-1634022048.jpg
Oxunub: 628     16:17     12 Oktyabr 2021    
ABŞ-da nüvə mühəndisi və həyat yoldaşı ölkənin nüvə sualtı qayıqlarının sirlərini xarici ölkəyə satmaqda günahlandırılır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Conatan Tob adlı amerikalı nüvə mühəndisi və həyat yoldaşı Diana Qərbi Virciniya əyalətində keçirilən əməliyyatda həbs edilib. İddianaməyə görə, cütlük fıstıq bankalarında gizlətdikləri nüvə sualtı qayıqlarının dizayn məlumatlarını satmağa çalışıb.

Cütlük məlumatı satmağa çalışdıqları adamın əslində xarici ölkə vətəndaşı olduğunu düşünürdü, amma reallıq çox fərqli idi. Məlumatı satmağa çalışdıqları şəxs FTB agenti olub. 42 və 45 yaşlarında olan ABŞ cütlüyü Atom Enerjisi Qanunu ilə cəzalandırılacaq. Tobnin 2012-ci ildən ABŞ Hərbi Dəniz Qüvvələrinin Nüvə Mühərrik Proqramında çalışdığı və milli təhlükəsizlik məlumatlarına sahib olduğu da bildirilir.

Cütlük ilk dəfə məlumatı 2020-ci ilin aprel ayında sızdırmağa başlayıb. Aylarla davam edən danışıqlardan sonra Tobs nüvə sirlərini satmaq üçün 100.000 dollarlıq müqavilə alıb və məlumatı çatdırmaq üçün Qərbi Virciniyaya gedib. Cütlüyün oktyabrın 12-də federal məhkəməyə gələcəyi gözlənilir.

İddianamədə cütlüyün məlumatı satmağa çalışdığı ölkənin adı daxil deyil. Tob cütlüyünün məlumatlarını satmağa çalışdığı gəmilərinin “Virciniya” sinifli nüvə sualtı gəmiləri olduğu vurğulanır.

Yaddaş kartına əlavə edilmiş mesajda Tob illər ərzində 8000 səhifədən çox material və 3000 səhifədən çox məlumat topladığını etiraf edir. Məlumatlara nüvə sualtı qayıqlarının diaqramları və rəsmləri daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Casus  

Amerikalı cütlük nüvə sualtı gəmisi ilə bağlı sirləri xarici ölkəyə satmaqda günahlandırılır

2021/10/68251-1634022048.jpg
Oxunub: 629     16:17     12 Oktyabr 2021    

Bizi "telegram"da izləyin