Müasir döyüş sahəsinin güclü platforması: Yeni nəsil “Kaplan YN” zirehli döyüş maşını

2021/10/kapla-1634021888.jpg
Oxunub: 1425     11:15     13 Oktyabr 2021    
Müasir döyüş sahəsinin ehtiyaclarını nəzərə alaraq FNSS tərəfindən hazırlanan yeni nəsil “Kaplan YN” zirehli döyüş maşını orijinal dizaynı və modul quruluşu ilə diqqət çəkir.

“Kaplan YN” əsasən kiçik və orta çaplı 120 mm insanlı və insansız qüllə sistemlərinin inteqrasiya edilə biləcəyi, yüksək hərəkətlilik və böyümə potensialı ilə təkcə bu günü deyil, həm də gələcəyi nəzərə alan modul quruluşa malik maşındır.

Yeni nəsil zirehli döyüş maşını olaraq ön plana çıxan “Kaplan” platformalarını zirehli personal daşıyıcısı, komanda-idarəetmə maşını, xilasetmə maşını, minaatan maşını, mühəndis kəşfiyyat maşını, təcili yardım maşını kimi müxtəlif vəzifələri yerinə yetirəcək konfiqurasiyalarda istehsal etmək də mümkündür.

FNSS-in quru sistemlərində 35 ildən artıq təcrübəsi əsasında qurulan “Kaplan YN” döyüş sahəsindəki dəyişən təhdidlərə təsirli həll təqdim etmək üçün müxtəlif müasir sistemlərlə təchiz edilib. Balistik, mina və əldəqayırma partlayıcı təhdidlərə qarşı müdafiə paketləri mövcuddur. “Kaplan YN” tank əleyhinə raketlərə qarşı aktiv müdafiə sistemi də təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Kaplan-YN  


Müasir döyüş sahəsinin güclü platforması: Yeni nəsil “Kaplan YN” zirehli döyüş maşını

2021/10/kapla-1634021888.jpg
Oxunub: 1426     11:15     13 Oktyabr 2021    
Müasir döyüş sahəsinin ehtiyaclarını nəzərə alaraq FNSS tərəfindən hazırlanan yeni nəsil “Kaplan YN” zirehli döyüş maşını orijinal dizaynı və modul quruluşu ilə diqqət çəkir.

“Kaplan YN” əsasən kiçik və orta çaplı 120 mm insanlı və insansız qüllə sistemlərinin inteqrasiya edilə biləcəyi, yüksək hərəkətlilik və böyümə potensialı ilə təkcə bu günü deyil, həm də gələcəyi nəzərə alan modul quruluşa malik maşındır.

Yeni nəsil zirehli döyüş maşını olaraq ön plana çıxan “Kaplan” platformalarını zirehli personal daşıyıcısı, komanda-idarəetmə maşını, xilasetmə maşını, minaatan maşını, mühəndis kəşfiyyat maşını, təcili yardım maşını kimi müxtəlif vəzifələri yerinə yetirəcək konfiqurasiyalarda istehsal etmək də mümkündür.

FNSS-in quru sistemlərində 35 ildən artıq təcrübəsi əsasında qurulan “Kaplan YN” döyüş sahəsindəki dəyişən təhdidlərə təsirli həll təqdim etmək üçün müxtəlif müasir sistemlərlə təchiz edilib. Balistik, mina və əldəqayırma partlayıcı təhdidlərə qarşı müdafiə paketləri mövcuddur. “Kaplan YN” tank əleyhinə raketlərə qarşı aktiv müdafiə sistemi də təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Kaplan-YN  


Bizi "telegram"da izləyin