Ermənistanda əsas təhlükəli gözlənti: İran nə istəyir?

2021/10/00-34-1633944076.jpg
Oxunub: 1330     10:20     12 Oktyabr 2021    
İran ətrafındakı gərginlik, Türkiyə-İran və Türkiyə-Azərbaycan münasibətlərində nəzərə çarpan gərginlik, qarşılıqlı sərt bəyanatlar ilə bağlı Ermənistandakı reaksiyalar interneti, erməni sosial şəbəkələrini, media-ekspert sahəsini izləyən insanlara kifayət qədər tanışdır.

Burada Ermənistan cəmiyyətinin şüurunda İranın hərəkətləri ilə bağlı yüksək gözləntilər yaradan, təşkilatlanmış və ya qeyri-ixtiyari, daha doğrusu qismən təşkilatlanmış, qismən də qeyri-iradi güclənən bir dalğa genişlənir. Xüsusilə İranın hər hansı şəkildə Azərbaycan və Türkiyəyə Zəngəzurdan dəhliz açmağa icazə verməyəcəyinə dair gözlənti və əminlik var.

Bu məsələlərin Ermənistan cəmiyyəti üçün həssas olması, geniş şəkildə qəbul edilə bilən xarici bir köməkçi amil olması təbii və obyektivdir.

Lakin qeyri-təbiidir ki, Ermənistan cəmiyyəti arasında bunun bağlı əsas gözləntilər formalaşıb. Halbuki nəinki, regionda sərhədlərin toxunulmazlığı ilə bağlı verilən bəyanatlara baxmayaraq, İranın narahatlığının əsas səbəbi qeyri-müəyyəndir, həmçinin əsas səbəb bəlkə də tamamilə başqa yerdədir, bundan öncə dediyimiz kimi, dəhlizdə deyil, “nüvə”də, yəni İranın nüvə proqramındadır.

Və bunu İran Xarici İşlər nazirinin Moskvaya səfəri və Lavrovla görüşü təsdiqlədi. Görüşdən əvvəl ABŞ Dövlət katibi Lavrova zəng etdi və nüvə proqramı haqqında danışdı. Moskvadakı görüşdən sonra isə ABŞ Dövlət Departamentinin sözçüsü bəyan etdi ki, İran nüvə məsələsi ilə bağlı danışıqlar masasına qayıtmalıdır və mövcud vəziyyət uzun müddət davam edə bilməz.

İranın əsas problemi nüvə proqramı məsələsidir, dəhliz indiki siyasi ritorika baxımından nə qədər belə təqdim olunsa da, İran üçün əsas məsələ deyil. İran üçün bu, eləcə də digər regional məsələlər əsas məsələyə xidmət vasitəsidir, buna görə də əsas problem olan nüvə məsələsindəki mövcud zərurətlərdən asılı olaraq yanaşma dəyişikliklərinə tabedir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İran  

Ermənistanda əsas təhlükəli gözlənti: İran nə istəyir?

2021/10/00-34-1633944076.jpg
Oxunub: 1331     10:20     12 Oktyabr 2021    

Bizi "telegram"da izləyin