Ermənistanda 2018-ci il hadisələri ilə bağlı məlumatlar dərc edilib

2021/10/F175D-1633944010.jpg
Oxunub: 636     16:10     12 Oktyabr 2021    
Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan 2018-ci il hadisələri ilə bağlı məlumatlar dərc edib.

Aprelin 22-də Xüsusi İstintaq Xidməti Nikol Paşinyanı və daha iki müavini həbs edir. Paşinyanı Sevana köçürürlər. Bir neçə Daşnaksütunun bir neçə nəfərlik nümayəndə heyəti onu orada ziyarət edir.

Daha sonra Karen Karapetyan Paşinyanı ziyarət edir və onun azad edilməsi üçün qanunsuz vasitəçilik edir. XİX Paşinyanı qanunsuz olaraq azad edir. Aprelin 23-də Serj Sarkisyan Karen Karapetyandan hakimiyyəti üzərinə götürməyə hazır olub-olmadığını soruşur və müsbət cavab alaraq istefa verir.

Lakin Karen Karapetyan Serj Sarkisyanın istefasının mətnindən Karapetyanla bağlı olan hissələri çıxarmasını tələb edir. Aprelin 25-də Ermənistan Respublikaçılar Partiyasının Ali Orqanının iclası zamanı Paşinyanla olan bütün müqavilələrin Karen Karapetyan vasitəsilə baş verməli olduğuna qərar verilir.

Serj Sarkisyan eyni zamanda ERP sədri vəzifəsindən istefa verməyi və bu vəzifəni də Karapetyana verməyi təklif edir, amma sonuncu imtina edir. Aprelin 26-da Vladimir Putin Ermənistanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyana zəng edir. Zəngdən sonra Serj Sarkisyanın müşayiəti ilə Karen Karapetyan ERP fraksiyası ilə görüşmək üçün parlamentə gedir.

ERP fraksiyası görüşün gündəliyindən xəbər tutaraq üsyan edir.

Onlar Karapetyanın namizədliyinə qarşıdırlar və Vigen Sarkisyanın daha yaxşı namizəd olduğunu düşünürlər. Mihran Poğosyan Karapetyana qarşı xüsusi canfəşanlıqla üsyan edirdi.

Serj Sarkisyan gəlir və mayın 1-də Baş nazir vəzifəsinə ERP-nin namizədinin Karen Karapetyan olacağını bildirir.

Hamı susur, ERP deputatı Artur Gevorqyan ayağa qalxır və bu qərardan narazılığını (amma əslində bütün fraksiyanın narazılığını) bildirir. Serj Sarkisyan məsələnin qrup müzakirəsi ilə həll olunmayacağını anlayır və hər kəsi ayrıca üzbəüz müzakirəyə dəvət edir. Aprelin 26-sı saat 22:00-dan aprelin 27-si saat 06:00-a qədər Sarkisyan ERP fraksiyasının hər bir deputatı ilə görüşür və hamıdan Karen Karapetyanın lehinə səs verməklə bağlı vəd alır.

Bir neçə saat sonra aprelin 27-də saat 11:00-da ERP fraksiyasının bütün deputatlarını təcili olaraq prezidentin iqamətgahına dəvət edirlər. Serj Sarkisyan ora toplaşmış deputatlara o anda yanında oturmuş Karen Karapetyanın Baş nazir vəzifəsinə namizəd olmaqdan imtina etdiyini bildirir.

Üstəlik, bütün müzakirə zamanı Karapetyan səs çıxarmır, o zaman çox nadir və modda olan qırmızı rəng “Iqos”a üstünlük verir. Mayın 1-də ERP Paşinyanı seçmir. Mayın 2-si səhər Tsarukyan Paşinyanla Mariot Meydanında görüşür və onun namizədliyini irəli sürəcəyini bildirir.

Mayın 8-də Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütun tərəfindən namizədliyi irəli sürülmüş Paşinyan Baş nazir seçilir, Ermənistan Respublikaçılar Partiyasından Mihran Poğosyan, Artak Sarkisyan, Manvel Qriqoryan, Arsen Mixaylov, Samvel Aleksanyan, Knyaz Hasanov, Arayik Qriqoryan, Murad Muradyan, Seyran Saroyan, Şirak Torosyan, Aşot Arsenyan, Arman Sahakyan və Feliks Tsolakyan (ayın 1-də də lehinə səs verən yeganə şəxs Tsolakyan idi) onun lehinə səs verirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaos  

Ermənistanda 2018-ci il hadisələri ilə bağlı məlumatlar dərc edilib

2021/10/F175D-1633944010.jpg
Oxunub: 637     16:10     12 Oktyabr 2021    

Bizi "telegram"da izləyin