Ordu.az xəbər verir ki, bu barədə “Navy times” nəşri yazıb.
Təkcə 2017-ci ildən 2020-ci ilə qədər ABŞ Hərbi Dəniz Qüvvələri metalın korroziyaya uğraması ilə mübarizə üçün 2 milyard dollardan çox pul xərcləyib. Bu cür böyük xərclər ABŞ Müdafiə Nazirliyini problemə daha çox diqqət yetirməyə məcbur edib.
Yeni qərara əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları hər 84 gündə bir korroziyaya qarşı avadanlıqları yoxlamalıdır. Eyni zamanda, Müdafiə Nazirliyinin hesabatı göstərir ki, əvvəllər eskadron səviyyəsində təyyarələrə texniki xidmət göstərən texniki işçilər korroziyaya qarşı mübarizə aparmaq üçün yoxlamalar apardıqlarını və əslində belə olmamış ola biləcəyini iddia ediblər.
Pentaqon korroziya ilə mübarizə mövzusunda oluqca narahatdır, çünki xərclər çox yüksəkdir. 2017-2021-ci illərdə korroziya ilə mübarizəyə xərclənən 2 miıyard dollar dəniz aviasiyası üçün ümumi təmir xərclərinin 29.4%-ni təşkil edir. Bundan əlavə, korroziya səbəbindən təyyarə uça bilməyəcək. Nəticədə, dəniz aviasiyasının ümumi döyüş qabiliyyəti azalır.
Sevinc Əliyeva
Ordu.az