Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Müqavilənin ümumi dəyəri 134 milyon dollardır. Razılaşma təsdiq üçün Konqresə göndərilib.
Müqavilə çərçivəsində “Aegis” gəmilərinə kompüter proqramı dəstəyi, sistem inteqrasiyası və testləri, yerli mühəndislik dəstəyi, əməliyyat dəstəyi və sistem dəyişiklikləri tətbiq ediləcək.
“Arleigh Burke” (Aegis) sinfinə məxsus idarə olunan raket esminesləri “Aegis” silah sistemi və SPY-1D çoxfunksiyalı passiv elektron radarı ilə təchiz edilib. Gəminin uzunluğu 155 metr, subasımı 9500 tondur.
Sevinc Əliyeva
Ordu.az