ABŞ B-1B “Lancer” strateji bombardmançı təyyarələrinin sayını azaldıb

2021/09/b-1b--1632729516.jpg
Oxunub: 885     15:56     30 Sentyabr 2021    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ilin əvvəlindən etibarən 17 təyyarəni istismardan çıxararaq xidmətdə olan B-1B “Lancer” strateji bombardmançı təyyarələrinin sayını 45 ədədə endirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bombardmançıların istismardan çıxarılması zamanı qənaət edilən vəsaitin bir hissəsi B-21 “Raider” bombardmançısının hazırlanmasına və alınmasına xərclənəcək. Təyyarələrin təmiri olduqca bahalıdır.

İstismardan çıxarılan B-1B-lər “təyyarə qəbiristanlığı” kimi tanınan 309-cu Aerokosmik Baxım və Təmiri Qrupunun (AMARG) bazasına göndərilib.

ABŞ Hərbi Hava Qüvvələri mövcud B-1B “Lancer” parkının miqyasını azaltmaq niyyətini 2019-cu ildə açıqlayıb. Bu təyyarələr 1965-ci ildən başlayaraq AMSA proqramı çərçivəsində B-52 təyyarələrinin əvəzi olaraq yaradılan çoxfunksiyalı bombardmançıdır. 1985-ci ildən ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   B-1B-Lancer  


Bizi "telegram"da izləyin