Ermənistanın müdafiə naziri Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni komandanı ilə görüşüb

2021/09/14225-1632567676.jpg
Oxunub: 613     14:58     25 Sentyabr 2021    
Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın nümayəndə heyəti ilə görüşüb. Tərəflər Rusiyanın Qarabağdakı sülhməramlılarının fəaliyyətini müzakirə ediblər. Nümayəndə heyətinin tərkibinə general-leytenant Rüstəm Muradov, general-leytenant Gennadi Anaşkin və general-mayor Mixail Kosobokov daxil idi.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinə istinadən yazır.

Qeyd olunur ki, Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, Rusiya qəhrəmanı general-leytenant Gennadi Anaşkini təqdim edib.

Tərəflər Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının səmərəli fəaliyyətindən məmnun olduqlarını bildiriblər.

Görüş iştirakçıları regional təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparıb.

Məlumata görə, Qarabağda sülhməramlıların keçmiş komandanı, bu vəzifəyə cəmi iki həftə əvvəl təyin olunan general-mayor Mixail Kosobokov əsas xidməti yeri üzrə daha yüksək vəzifəyə təyinat alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Ermənistanın müdafiə naziri Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni komandanı ilə görüşüb

2021/09/14225-1632567676.jpg
Oxunub: 614     14:58     25 Sentyabr 2021    
Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın nümayəndə heyəti ilə görüşüb. Tərəflər Rusiyanın Qarabağdakı sülhməramlılarının fəaliyyətini müzakirə ediblər. Nümayəndə heyətinin tərkibinə general-leytenant Rüstəm Muradov, general-leytenant Gennadi Anaşkin və general-mayor Mixail Kosobokov daxil idi.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinə istinadən yazır.

Qeyd olunur ki, Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, Rusiya qəhrəmanı general-leytenant Gennadi Anaşkini təqdim edib.

Tərəflər Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının səmərəli fəaliyyətindən məmnun olduqlarını bildiriblər.

Görüş iştirakçıları regional təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparıb.

Məlumata görə, Qarabağda sülhməramlıların keçmiş komandanı, bu vəzifəyə cəmi iki həftə əvvəl təyin olunan general-mayor Mixail Kosobokov əsas xidməti yeri üzrə daha yüksək vəzifəyə təyinat alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin