Ermənisan ordusunda zabitlər tərəfindən törədilən cinayətlər kəskin artıb

2021/09/sasas-1632564197.jpg
Oxunub: 1167     14:21     25 Sentyabr 2021    
Son bir il yarımda Ermənistan ordusunda zabitlər tərəfindən törədilən cinayətlərin sayı kəskin artıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Qeyd olunub ki, 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrində (Qarabağdakı qanunsuz “hərbi birləşmə” də daxil olmaqla) zabitlər tərəfindən törədilən cinayətlərin sayı 277, 2021-ci ilin 6 ayında ərzində isə 140 olub.

Nəşr müqayisə üçün qeyd edib ki, 2019-cu ildə qeydə alınmış cinayətlərin sayı 176, 2018-ci ildə isə 263 olub.

“Yəni, 2019-cu ildə əvvəlki ilə nisbətən zabitlər tərəfindən törədilən cinayətlərin sayı kəskin azalmışdırsa, 2020-ci ildə bu rəqəm 2019-cu illə müqayisədə 57,3% yüksələrək yenidən artıb. Qeydə alınmış göstərici, sözsüz ki, 2020-ci ildə Qarabağ müharibəsinin ikinci mərhələsi və onun nəticələri ilə əlaqədar olaraq obyektiv səbəblərə də malikdir. Xüsusən kiçik və baş zabit heyətinin nümayəndələri tərəfindən nizamnamədənkənar davranışın müxtəlif xarakterli təzahürləri nəticəsində baş verən cinayətlar müharibədən sonra orduda hökm sürən mənəvi-psixoloji cəhətdən gərgin atmosferin, eləcə də silahlı qüvvələrdə mütəmadi olaraq baş verən kadr dəyişikliklərinin nəticəsi ola bilər”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənisan-ordusu   Cinayət  


Ermənisan ordusunda zabitlər tərəfindən törədilən cinayətlər kəskin artıb

2021/09/sasas-1632564197.jpg
Oxunub: 1168     14:21     25 Sentyabr 2021    
Son bir il yarımda Ermənistan ordusunda zabitlər tərəfindən törədilən cinayətlərin sayı kəskin artıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Qeyd olunub ki, 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrində (Qarabağdakı qanunsuz “hərbi birləşmə” də daxil olmaqla) zabitlər tərəfindən törədilən cinayətlərin sayı 277, 2021-ci ilin 6 ayında ərzində isə 140 olub.

Nəşr müqayisə üçün qeyd edib ki, 2019-cu ildə qeydə alınmış cinayətlərin sayı 176, 2018-ci ildə isə 263 olub.

“Yəni, 2019-cu ildə əvvəlki ilə nisbətən zabitlər tərəfindən törədilən cinayətlərin sayı kəskin azalmışdırsa, 2020-ci ildə bu rəqəm 2019-cu illə müqayisədə 57,3% yüksələrək yenidən artıb. Qeydə alınmış göstərici, sözsüz ki, 2020-ci ildə Qarabağ müharibəsinin ikinci mərhələsi və onun nəticələri ilə əlaqədar olaraq obyektiv səbəblərə də malikdir. Xüsusən kiçik və baş zabit heyətinin nümayəndələri tərəfindən nizamnamədənkənar davranışın müxtəlif xarakterli təzahürləri nəticəsində baş verən cinayətlar müharibədən sonra orduda hökm sürən mənəvi-psixoloji cəhətdən gərgin atmosferin, eləcə də silahlı qüvvələrdə mütəmadi olaraq baş verən kadr dəyişikliklərinin nəticəsi ola bilər”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənisan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin