Qarabağdakı rus sülhməramlıların yeni komandiri kimdir? - O, Gürcüstana hücüma rəhbərlik edən şəxsdir

2021/09/genna-1632560297.jpg
Oxunub: 1783     12:56     25 Sentyabr 2021    
Azərbaycann Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandiri Kosobokovu yenidən dəyişdiriblər. Onun yerinə Kosobokovdan daha yüksək hərbi rütbəsi olan, general-leytenant olan və Rusiyanın hərbi dairələrində daha böyük nüfuza malik olan Gennadi Anaşkin təyin olunub. Anaşkin həm də Rusiya qəhrəmanıdır.

Sülhməramlıların keçmiş komandanı Muradov Anaşkini təqdim etmək üçün Qarabağa gəlib.

Qeyd edək ki, Gennadi Anaşkin 1968-ci il dekabrın 17-də Samara şəhərində anadan olub. 1986-cı ildə orta məktəbi bitirib. Məktəbdən sonra Sergey Pavloviç Korolyov adına Aviasiya İnstitutuna daxil olub. 1987-ci ilin iyun ayında sovet ordusuna çağırılıb. Xidməti Almaniyadakı sovet qoşunları qrupunun tərkibində motoatıcı kəşfiyyat taborunda baş tutub.

Rusiya qəhrəmanı Gennadi Anaşkin Birinci və İkinci Çeçen müharibələrində iştirak edib. Bosniya və Herseqovinada sülhməramlı taborun komandiri olub. 2008-ci ildə Gennadi Anaşkinin başçılıq etdiyi alay hava-desant qoşunlarında ən yaxşı alay kimi tanınıb.

2008-ci il avuqustun 9-na keçən gecə Anaşkinin komandanlığı altında olan birləşmə gürcü qoşunlarına qarşı hücuma başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Muradov   Anaşkin   Qarabağ  


Qarabağdakı rus sülhməramlıların yeni komandiri kimdir? - O, Gürcüstana hücüma rəhbərlik edən şəxsdir

2021/09/genna-1632560297.jpg
Oxunub: 1784     12:56     25 Sentyabr 2021    
Azərbaycann Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandiri Kosobokovu yenidən dəyişdiriblər. Onun yerinə Kosobokovdan daha yüksək hərbi rütbəsi olan, general-leytenant olan və Rusiyanın hərbi dairələrində daha böyük nüfuza malik olan Gennadi Anaşkin təyin olunub. Anaşkin həm də Rusiya qəhrəmanıdır.

Sülhməramlıların keçmiş komandanı Muradov Anaşkini təqdim etmək üçün Qarabağa gəlib.

Qeyd edək ki, Gennadi Anaşkin 1968-ci il dekabrın 17-də Samara şəhərində anadan olub. 1986-cı ildə orta məktəbi bitirib. Məktəbdən sonra Sergey Pavloviç Korolyov adına Aviasiya İnstitutuna daxil olub. 1987-ci ilin iyun ayında sovet ordusuna çağırılıb. Xidməti Almaniyadakı sovet qoşunları qrupunun tərkibində motoatıcı kəşfiyyat taborunda baş tutub.

Rusiya qəhrəmanı Gennadi Anaşkin Birinci və İkinci Çeçen müharibələrində iştirak edib. Bosniya və Herseqovinada sülhməramlı taborun komandiri olub. 2008-ci ildə Gennadi Anaşkinin başçılıq etdiyi alay hava-desant qoşunlarında ən yaxşı alay kimi tanınıb.

2008-ci il avuqustun 9-na keçən gecə Anaşkinin komandanlığı altında olan birləşmə gürcü qoşunlarına qarşı hücuma başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Muradov   Anaşkin   Qarabağ  


Bizi "telegram"da izləyin