“Müharibəni daha erkən mərhələdə dayandırmaq imkanı olub, bu, böyük itkilərdən yayınmağa imkan verəcəkdi” - Abrahamyan

2021/09/3D77D-1632559990.jpg
Oxunub: 617     12:49     25 Sentyabr 2021    
“Əminəm ki, bu vəziyyətdə, 2 rayonu daha sonra vermək perspektivi ilə 5 rayonun təhvil verilməsini nəzərdə tutan Lavrov planının müzakirə gündəmində olanda bu, noyabrın 9-da aldığımızla müqayisədə gündəmimizə daha çox uyğun gəlirdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan deyib.

Abrahamyanın sözlərinə görə, müharibənin ilkin dövründə, yəni oktyabrın ilk günlərində Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə tərəflərə təklif edilib, müharibəni dayandırmaq gündəmi hələ o vaxt irəli sürülüb.

“Müharibəni daha erkən mərhələdə dayandırmaq imkanı olub, bu, böyük itkilərdən yayınmağa imkan verəcəkdi”, - deyə o qeyd edib.

Abrahamyan bildirib ki, Ermənistanın bu hakimiyyəti Türkiyə-Azərbaycan gündəmini qəbul edib və bu istiqamətdə hərəkət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   Azərbaycan  


“Müharibəni daha erkən mərhələdə dayandırmaq imkanı olub, bu, böyük itkilərdən yayınmağa imkan verəcəkdi” - Abrahamyan

2021/09/3D77D-1632559990.jpg
Oxunub: 618     12:49     25 Sentyabr 2021    
“Əminəm ki, bu vəziyyətdə, 2 rayonu daha sonra vermək perspektivi ilə 5 rayonun təhvil verilməsini nəzərdə tutan Lavrov planının müzakirə gündəmində olanda bu, noyabrın 9-da aldığımızla müqayisədə gündəmimizə daha çox uyğun gəlirdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan deyib.

Abrahamyanın sözlərinə görə, müharibənin ilkin dövründə, yəni oktyabrın ilk günlərində Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə tərəflərə təklif edilib, müharibəni dayandırmaq gündəmi hələ o vaxt irəli sürülüb.

“Müharibəni daha erkən mərhələdə dayandırmaq imkanı olub, bu, böyük itkilərdən yayınmağa imkan verəcəkdi”, - deyə o qeyd edib.

Abrahamyan bildirib ki, Ermənistanın bu hakimiyyəti Türkiyə-Azərbaycan gündəmini qəbul edib və bu istiqamətdə hərəkət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin