İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib

2021/09/8fc03-1632556747.jpg
Oxunub: 339     11:41     25 Sentyabr 2021    
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda rəsmi səfəri davam edir.

Ordu.az-ın məlumatına görə, Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlının müşayiət etdiyi nümayəndə heyətinin üzvləri faktaraşdırıcı missiya çərçivəsində Gəncə şəhərində həyata keçirdiyi monitorinq zamanı ağır artilleriya və raket atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş yaşayış binalarına, digər mülki obyektlərə, o cümlədən tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baxış keçirib, həyatını itirmiş mülki şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan yerlərə gül dəstələri qoyublar. Dağıntılara məruz qalan ərazilərdə yenidənqurma işləri ilə tanış olan, şəhərin müxtəlif yerlərini o cümlədən Qələbə parkını ziyarət edən nümayəndə heyətinin üzvləri sürətli şəkildə aparılan bərpa işlərini yüksək qiymətləndiriblər.

Səfərin nəticəsi olaraq, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) ilə birgə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan, eyni zamanda mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini ağır artilleriya və raket atəşinə tutması nəticəsində baş vermiş insan təlafatı, dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabat hazırlanaraq, beynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, həyata keçirilən faktaraşdırıcı missiyadan sonra nümayəndə heyəti rəsmi səfər çərçivəsində apardıqları monitorinqin nəticələrinin dəyərləndirilməsi və müvafiq Bəyanatın qəbul edilməsi üçün Gəncə şəhərində mətbuat konfransı keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İƏT   Gəncə  

İƏT nümayəndələri Gəncədə faktaraşdırıcı missiya həyata keçirib

2021/09/8fc03-1632556747.jpg
Oxunub: 340     11:41     25 Sentyabr 2021    

Bizi "telegram"da izləyin