“Bell” şaquli qalx və enə bilən yeni təyyarə konsepsiyalarını nümayiş etdirib

2021/09/BSP_5-1632556236.jpg
Oxunub: 770     16:16     25 Sentyabr 2021    
ABŞ-ın “Bell Textron” şirkəti bu il keçirilən Hərbi Hava Qüvvələri Assosasiyalarının (AFA) illik konfransında 3 ədəd yüksək sürətlə şaquli qalxa və enə bilən (HSVTOL) təyyarə konsepsiyalarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.

Tədbirdə reaktiv mühərriklə təchiz edilən ağır, orta və yüngül təyyarələr təqdim olunub.

Saatda 700 kilometrdən artıq sürətlə uçan təyyarə xüsusi əməliyyatlar üçün nəzərdə tutulub. Təhlükəli mühitlərdə sağ qalmaq qabiliyyətinə malik hava vasitələri şaquli qalxa və enə bildiyi üçün xüsusi uçuş-enmə zolaqlarına ehtiyac duymur, bu da təyyarələrə əməliyyat rahatlığı verir.

Təyyarələr əsasən xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulub. Ancaq personalın evakuasiyası, tibbi evakuasiya və taktiki mobilizasiya üçün də istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bell-Textron   HHQ  


“Bell” şaquli qalx və enə bilən yeni təyyarə konsepsiyalarını nümayiş etdirib

2021/09/BSP_5-1632556236.jpg
Oxunub: 771     16:16     25 Sentyabr 2021    
ABŞ-ın “Bell Textron” şirkəti bu il keçirilən Hərbi Hava Qüvvələri Assosasiyalarının (AFA) illik konfransında 3 ədəd yüksək sürətlə şaquli qalxa və enə bilən (HSVTOL) təyyarə konsepsiyalarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.

Tədbirdə reaktiv mühərriklə təchiz edilən ağır, orta və yüngül təyyarələr təqdim olunub.

Saatda 700 kilometrdən artıq sürətlə uçan təyyarə xüsusi əməliyyatlar üçün nəzərdə tutulub. Təhlükəli mühitlərdə sağ qalmaq qabiliyyətinə malik hava vasitələri şaquli qalxa və enə bildiyi üçün xüsusi uçuş-enmə zolaqlarına ehtiyac duymur, bu da təyyarələrə əməliyyat rahatlığı verir.

Təyyarələr əsasən xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulub. Ancaq personalın evakuasiyası, tibbi evakuasiya və taktiki mobilizasiya üçün də istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bell-Textron   HHQ  


Bizi "telegram"da izləyin