Türkiyənin “Aksungur” PUA-ları nümayiş etdirilib

2021/09/thumb-1632556082.jpg
Oxunub: 1849     14:47     25 Sentyabr 2021    
Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Aksungur” adlı zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Texnofest” aviasiya şousunda nümayiş olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

Şirkət rəsmisi bildirib ki, hazırda Türkiyə Silahlı Qüvvələrinə təhvil vermək üçün 4 ədəd “Aksungur” PUA-sı hazırlanır.

“Bu təyyarəni 18 ay ərzində qısa müddətdə hazırladıq. İndiyə qədər MAM-L, MAM-C, KGK, Teber-82 kimi bir çox sursatı inteqrasiya etdik”, - deyə şirkət nümayəndəsi bildirib.

Qeyd olunur ki, PUA 50 saatdan çox havada qalmağı bacarıb. PUA-lar Türkiyədə yanğınların şiddətli olduğu günlərdə, 2 ayda 1000 saata yaxın havada qalıb, yanğına çevrilə biləcək 200-ə yaxın istilik mənbəyini aşkar edib.

PUA-ların ilk istifadəçisinin Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) olması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aksungur   PUA  


Türkiyənin “Aksungur” PUA-ları nümayiş etdirilib

2021/09/thumb-1632556082.jpg
Oxunub: 1850     14:47     25 Sentyabr 2021    
Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Aksungur” adlı zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Texnofest” aviasiya şousunda nümayiş olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

Şirkət rəsmisi bildirib ki, hazırda Türkiyə Silahlı Qüvvələrinə təhvil vermək üçün 4 ədəd “Aksungur” PUA-sı hazırlanır.

“Bu təyyarəni 18 ay ərzində qısa müddətdə hazırladıq. İndiyə qədər MAM-L, MAM-C, KGK, Teber-82 kimi bir çox sursatı inteqrasiya etdik”, - deyə şirkət nümayəndəsi bildirib.

Qeyd olunur ki, PUA 50 saatdan çox havada qalmağı bacarıb. PUA-lar Türkiyədə yanğınların şiddətli olduğu günlərdə, 2 ayda 1000 saata yaxın havada qalıb, yanğına çevrilə biləcək 200-ə yaxın istilik mənbəyini aşkar edib.

PUA-ların ilk istifadəçisinin Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) olması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aksungur   PUA  


Bizi "telegram"da izləyin