Almaniya Britaniyanın “Challenger 3” tankları üçün yeni top istehsalına başlayır

2021/09/16324-1632556012.jpg
Oxunub: 841     19:16     25 Sentyabr 2021    
Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən Britaniyanın “Challenger” tankları üçün 120 mm-lik top istehsal ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələri məlumat yayıb.

L55A1 topları 148 ədəd “Challenger 2” əsas döyüş tankını “Challenger 3” modifikasiyasına yüksəltmək üçün istifadə ediləcək.

Xatırladaq ki, “Challenger 2” tankları 1995-ci ildən Britaniya ordusunda xidmət edir. Tanklar 1990-cı illərdə inkişaf etdirildiyindən silahlar da daxil olmaqla bir sıra əsas komponentlərini təkmilləşdirmək lazımdır.

“Yeni silah, müasir şəraitdə Britaniya tanklarının döyüş effektivliyini əhəmiyyətli dərəcədə artıracaq və bu səbəbdən İngiltərənin NATO blokunda iştirakını daha təsirli edəcək”, - deyə Brtaniya ordusunun məlumatında qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Britaniya   Challenger-3  


Almaniya Britaniyanın “Challenger 3” tankları üçün yeni top istehsalına başlayır

2021/09/16324-1632556012.jpg
Oxunub: 842     19:16     25 Sentyabr 2021    
Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən Britaniyanın “Challenger” tankları üçün 120 mm-lik top istehsal ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələri məlumat yayıb.

L55A1 topları 148 ədəd “Challenger 2” əsas döyüş tankını “Challenger 3” modifikasiyasına yüksəltmək üçün istifadə ediləcək.

Xatırladaq ki, “Challenger 2” tankları 1995-ci ildən Britaniya ordusunda xidmət edir. Tanklar 1990-cı illərdə inkişaf etdirildiyindən silahlar da daxil olmaqla bir sıra əsas komponentlərini təkmilləşdirmək lazımdır.

“Yeni silah, müasir şəraitdə Britaniya tanklarının döyüş effektivliyini əhəmiyyətli dərəcədə artıracaq və bu səbəbdən İngiltərənin NATO blokunda iştirakını daha təsirli edəcək”, - deyə Brtaniya ordusunun məlumatında qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Britaniya   Challenger-3  


Bizi "telegram"da izləyin