Hindistan 56 ədəd C295 hərbi nəqliyyat təyyarəsinin alınmasını rəsmiləşdirib

2021/09/C295_-1632555928.jpg
Oxunub: 611     17:06     25 Sentyabr 2021    
Hindistan hökuməti ölkənin Hərbi Hava Qüvvələri (HHQ) üçün 56 ədəd “Airbus” istehsalı C295 hərbi nəqliyyat təyyarələrinin alınmasını rəsmiləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yeni təyyarələr hazırda Hindistan HHQ-nin arsenalında olan “Avro” təyyarələrini əvəz edəcək.

Müqaviləyə əsasən “Airbus” İspaniyanın Seviliya bölgəsindəki son montaj xəttindən “uçuş” vəziyyətində olan ilk 16 təyyarəni təhvil verəcək.

Sonrakı 40 təyyarə iki şirkət arasındakı sənaye tərəfdaşlığı çərçivəsində Hindistanda “Tata Advanced Systems” tərəfindən istehsal ediləcək.

Qeyd edək ki, C295 dəniz patrulu, sualtı qayıq əleyhinə döyüş, havadan erkən xəbərdarlıq, hava dəstəyi və hərbi nəqliyyat əməliyyatları və s. kimi funksiyaları yerinə yetirə bilən turbopərvanə qanadlara sahib təyyarədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   C295  


Hindistan 56 ədəd C295 hərbi nəqliyyat təyyarəsinin alınmasını rəsmiləşdirib

2021/09/C295_-1632555928.jpg
Oxunub: 612     17:06     25 Sentyabr 2021    
Hindistan hökuməti ölkənin Hərbi Hava Qüvvələri (HHQ) üçün 56 ədəd “Airbus” istehsalı C295 hərbi nəqliyyat təyyarələrinin alınmasını rəsmiləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yeni təyyarələr hazırda Hindistan HHQ-nin arsenalında olan “Avro” təyyarələrini əvəz edəcək.

Müqaviləyə əsasən “Airbus” İspaniyanın Seviliya bölgəsindəki son montaj xəttindən “uçuş” vəziyyətində olan ilk 16 təyyarəni təhvil verəcək.

Sonrakı 40 təyyarə iki şirkət arasındakı sənaye tərəfdaşlığı çərçivəsində Hindistanda “Tata Advanced Systems” tərəfindən istehsal ediləcək.

Qeyd edək ki, C295 dəniz patrulu, sualtı qayıq əleyhinə döyüş, havadan erkən xəbərdarlıq, hava dəstəyi və hərbi nəqliyyat əməliyyatları və s. kimi funksiyaları yerinə yetirə bilən turbopərvanə qanadlara sahib təyyarədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   C295  


Bizi "telegram"da izləyin