Kürdəmirdə Anım Günü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub - FOTO

2021/09/16325-3265101784.jpg
Oxunub: 445     10:19     25 Sentyabr 2021    
Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunan “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusunda anım tədbiri keçirilib. Anım mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, ikinci Qarabağ müharibəsi qaziləri, Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin işçiləri, YAP rayon təşkilatı Gənclər birliyinin fəalları və digər kollektivlər iştirak ediblər.

Ordu.az xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Kürdəmirdə Şəhidlər xiyabanı kompleksini ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad olunub, məzarları üzərinə qərənfillər düzülüb.

Ziyarətdən sonra tədbir Kürdəmir rayon Heydər Əliyev Mərkəzində davam edib. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igid Azərbaycan oğullarinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında “Zəfərin sıra nəfərləri” sənədli filmi nümayiş olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kürdəmir   Anım-Günü  


Kürdəmirdə Anım Günü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub - FOTO

2021/09/16325-3265101784.jpg
Oxunub: 446     10:19     25 Sentyabr 2021    
Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunan “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusunda anım tədbiri keçirilib. Anım mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, ikinci Qarabağ müharibəsi qaziləri, Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin işçiləri, YAP rayon təşkilatı Gənclər birliyinin fəalları və digər kollektivlər iştirak ediblər.

Ordu.az xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Kürdəmirdə Şəhidlər xiyabanı kompleksini ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad olunub, məzarları üzərinə qərənfillər düzülüb.

Ziyarətdən sonra tədbir Kürdəmir rayon Heydər Əliyev Mərkəzində davam edib. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igid Azərbaycan oğullarinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında “Zəfərin sıra nəfərləri” sənədli filmi nümayiş olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kürdəmir   Anım-Günü  


Bizi "telegram"da izləyin