Şəhid övladları Şuşada "Xudayar təsnifi"ni oxuyub

2021/09/xuday-1632489226.jpg
Oxunub: 763     17:07     24 Sentyabr 2021    
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

Ordu.az-ın məlumatına görə, şəhid övladları könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuyublar.

Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub.

Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-övladları   Şuşa  


Şəhid övladları Şuşada "Xudayar təsnifi"ni oxuyub

2021/09/xuday-1632489226.jpg
Oxunub: 764     17:07     24 Sentyabr 2021    
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

Ordu.az-ın məlumatına görə, şəhid övladları könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuyublar.

Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub.

Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-övladları   Şuşa  


Bizi "telegram"da izləyin