“Hayeli”: İndi biz həqiqəti Ərdoğan və İlham Əliyevdən öyrənirik

2021/09/erdog-1632479083.jpg
Oxunub: 1159     20:12     24 Sentyabr 2021    
Nikol Paşinyan Rusiyanın arxasında təhlükəli oyun oynayır.

“Hayeli” nəşri yazır ki, bunun nəticəsində “Hayastan” “Ermənistan”a çevrilə və burada türk imperiyası qurula bilər. Bu yaxınlarda mətbuat yazdı ki, rəsmi səfərlə Gürcüstana getmiş Nikol Paşinyan Batumidə bir neçə saatlıq yoxa çıxır, heç kim, hətta mühafizəçisi belə onun harada yoxa çıxdığını bilmir.

Daha sonra versiyalar irəli sürüldü. Bu versiyalardan birinə görə, Paşinyan Türkiyə-Azərbaycan nümayəndələri ilə görüşüb və yeni Ermənistan-Azərbaycan razılaşmasını müzakirə edib.

Bir neçə gündür bu xəbər Ermənistan hakimiyyəti tərəfindən cavabsız qalıb və Türkiyə Prezidenti Ərdoğan bildirib ki, guya Nikol Paşinyan Gürcüstanın Baş naziri vasitəsilə ondan görüş istəyib. Münasibətlər qurmaq üçün təbii olaraq Ərdoğan da ilkin şərtləri, dəhlizlər məsələsini qoyur. Bu dəhlizlərdən biri Zəngəzur dəhlizidir.

Ərdoğanın qalmaqallı bəyanatından sonra bir günlük daş səssizliyini saxladıqdan sonra nəhayət Ermənistan hökumətindən Baş nazirin mətbuat katibinin dodaqları ilə rəsmi şərh səsləndi.

Mane Gevorqyan əslində gürcü tərəfdaş vasitəsilə həqiqətən də bənzər təklifin olduğunu təkzib etmədi.

“Baş nazir Paşinyan bütün beynəlxalq təmaslarında tərəfdaşlara hökumətin proqramında qeyd edilmiş Ermənistan və region üçün dinc inkişaf dövrü açmaq baxışını təqdim edir və bu istiqamətdə səylər göstərməyə Ermənistan hökumətinin hazır olduğunu bildirir”, - deyə mətbuat katibi bildirib.

Paşinyan dolayı yolla Ərdoğanın ilkin - dəhlizlərin verilməsi müqabilində münasibətlərin qurulması şərtini qəbul edir. Ərdoğanın bəyanatını xatırladaq: “Beləliklə, mən ümid edirəm ki, bu dəhlizləri açmaqla Azərbaycan və Ermənistan arasında bu problem aradan qaldırılacaq”.

“Kommunikasiyaların açılması regionda uzunmüddətli sülh və sabitliyi təsdiq etmək, regionda təəssüf ki, mövcud olan düşmənçilik atmosferini aradan qaldırmaq üçün müstəsna vacib əhəmiyyətə malikdir və Ermənistan bu istiqamətdə irəli hərəkət etmək və nəticələr qeydə almaq işində qətiyyətlidir”, - deyə Gevorqyan bildirib. İlkin şərtlərlə danışmağın lazım olmadığı ilə bağlı Paşinyanın mətbuat katibi tərəfindən heç bir söz deyilməyib.

Nəhayət mətbuat katibinin şərhində ən maraqlı tezis budur ki, Paşinyan güzəştcil gedişatı davam etdirəcək. Nikol Paşinyan bu dəfə Qərb sərhədləri ilə artıq yeni kapitulyasiyaya doğru gedir.

“Baş nazir Paşinyan dəfələrlə qeyd edib ki, bu yolda bizə möhkəm sinirlər lazımdır və sürətli, asan həllər mövcud deyil”, - deyə Mane Gevorqyan qeyd edib.

Nəşr bildirib ki, Paşinyan Rusiyanın arxasında savadlı dostları ilə birbaşa əlaqəyə girməyə və alver etmədən ölkəni onların əlinə təhvil verməyə çalışır, hazırda isə kiçik “juliklik”lə Putinə sadiqliyini göstərməyə cəhd edir, seçkilərin nəticələri hələ başa çatmamış ona təbrik mesajı göndərir.

“Hələ 2018-ci il avqustun 17-də hər şeyə bu meydanda xalqın qərar verəcəyini bildirdiyi halda Paşinyanın öz tərəfdarları ilə necə gizli şəkildə danışıq apardığına Ermənistanın qürurlu vətəndaşlarının reaksiyasını görmək maraqlıdır. İndi biz həqiqəti Ərdoğan və İlham Əliyevdən öyrənirik”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərdoğan   İlham-Əliyev  

“Hayeli”: İndi biz həqiqəti Ərdoğan və İlham Əliyevdən öyrənirik

2021/09/erdog-1632479083.jpg
Oxunub: 1160     20:12     24 Sentyabr 2021    

Bizi "telegram"da izləyin