“Joğovurd”: Ermənistanda keçmiş hərbçilər müharibəyə görə dinidirilir

2018/12/15041-1545914415.jpg
Oxunub: 503     14:25     24 Sentyabr 2021    
“Hüquq-mühafizə orqanları, xüsusən də Ermənistan İstintaq Komitəsi, hazırda Müdafiə Nazirliyində çalışan və Müdafiə Nazirliyindən uzaqlaşdırılan yüksək vəzifəli şəxsləri dindirməyə çağırırlar”.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, sorğular zamanı 44 günlük müharibənin məğlubiyyətinin mümkün günahkarları ilə bağlı suallar verilib.

Məlumata görə, əsasən dindirilən məmurlardan 44 günlük müharibədə Arayik Harutyunyanın günahkar olub-olmadığı və ya məğlubiyyətə səbəb olan hansısa addımı atıb-atmadığını soruşurlar. Qeyd edək ki, Qarabağdakı “hərbi birləşmə”nin keçmiş komandanı Calal Harutyunyana qarşı çoxlu ifadələr var.

“Əlavə edək ki, Baş Prokurorluğun nəzarətində araşdırılan 2000-dən çox müharibə işindən 41-i artıq məhkəmələrə göndərilib. 44 gün davam edən müharibə zamanı törədilən cinayətlərdə 800-dən çox şəxs günahlandırılır. 7 yüksək rütbəli hərbçi müxtəlif hərbi cinayətlərdə günahlandırılır, onlardan yalnız Silahlı Qüvvələr Baş Qərargahının rəis müavininin adı məlumdur. General Andranik Makaryan xidmətə laqeyd yanaşmaqda günahlandırılır, Makaryan isə günahını etiraf etmir.

Məhkəməyə göndərilən 25 işin yarıdan çoxu müharibə zamanı qanunsuz silah və sursat ötürülməsi ilə bağlıdır, bu kürsüdə 28 müttəhim var. 7 cinayət işi xidmət yerinin özbaşına olaraq tərk edilməsinə aiddir, digər 9 nəfər fərarilikdə ittiham olunur. Təqsirləndirilənlərin əksəriyyəti sıravilərdir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İstintaq-Komitəsi  

“Joğovurd”: Ermənistanda keçmiş hərbçilər müharibəyə görə dinidirilir

2018/12/15041-1545914415.jpg
Oxunub: 504     14:25     24 Sentyabr 2021    

Bizi "telegram"da izləyin