Prezident İlham Əliyev: "44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq"

2021/09/42596-1632466101.jpg
Oxunub: 437     10:43     24 Sentyabr 2021    
“Hər bir dövlət xadimi, xüsusilə ölkə başçısı hisslərinin gündəlik vəzifələrinə təsir etməsinə imkan verməməlidir. Hər kəs, təbii ki, hisslərə malikdir. Biz, bu və ya digər şəkildə onları ifadə edirik, lakin görünür, uzun illər boyu davam edən fəaliyyətim ərzində özümdə hissləri təcrid etmək xüsusiyyəti formalaşdıra bilmişəm”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq. Hətta düşmən bizim şəhərlərimizi bombardman edib, qadın və uşaqlarımızı qətlə yetirəndə belə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombardman etmirdik. Lakin, bizim həmin vaxt keçirdiyimiz hissləri yəqin ki, başa düşmək olar. Biz düzgün müharibə aparır, beynəlxalq humanitar hüquqa riayət edir və hərbi cinayətlər törətmirdik”, - dövlət başçısı deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Prezident İlham Əliyev: "44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq"

2021/09/42596-1632466101.jpg
Oxunub: 438     10:43     24 Sentyabr 2021    
“Hər bir dövlət xadimi, xüsusilə ölkə başçısı hisslərinin gündəlik vəzifələrinə təsir etməsinə imkan verməməlidir. Hər kəs, təbii ki, hisslərə malikdir. Biz, bu və ya digər şəkildə onları ifadə edirik, lakin görünür, uzun illər boyu davam edən fəaliyyətim ərzində özümdə hissləri təcrid etmək xüsusiyyəti formalaşdıra bilmişəm”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq. Hətta düşmən bizim şəhərlərimizi bombardman edib, qadın və uşaqlarımızı qətlə yetirəndə belə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombardman etmirdik. Lakin, bizim həmin vaxt keçirdiyimiz hissləri yəqin ki, başa düşmək olar. Biz düzgün müharibə aparır, beynəlxalq humanitar hüquqa riayət edir və hərbi cinayətlər törətmirdik”, - dövlət başçısı deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev  


Bizi "telegram"da izləyin