Nazir: "Zəngəzur dəhlizi mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq"

2021/09/42580-1632466036.jpg
Oxunub: 413     10:32     24 Sentyabr 2021    
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında iştirak edib.

Bu barədə Ordu.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

İclasın açılışında BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid və BMT Baş katibinin müavini, ən az inkişaf etmiş ölkələr, Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada ölkələri üzrə Ali Nümayəndəsi Kourteni Ratrey çıxış ediblər.

İclasda sözügedən qrupun üzv ölkələrinin xarici işlər nazirləri və digər səlahiyyətli nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 36 rəsmi şəxs iştirak edib. İclasın nəticəsi olaraq Nazirlər Bəyannaməsi qəbul edilib.

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdinin sədrliyi ilə keçirilmiş tədbirdə nazir Ceyhun Bayramov nitqlə çıxış edib. Ceyhun Bayramov çıxışında səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüskarı olduğu və təşviq etdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı beynəlxalq dəniz ticarət limanının, habelə Xəzər ticarət donanmasının imkanları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin beynəlxalq logistika və tranzit qovşağına çevrilməsi üçün zəruri infrastrukturun yaradılmasında davamlı səylər göstərdiyini bəyan edib.

Nazir çıxışında pandemiya dövründə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrə böhranın sosial və iqtisadi təsirinin öhdəsindən gəlmək və bərpa olmaq üçün dəstək verməyin vacib olduğuna toxunub:

"Vyana Fəaliyyət Proqramının həyata keçirilməsinə sadiq qalırıq və hörmətli sədr Qazaxıstanın istəyi ilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Vyana Fəaliyyət Proqramının Sürətlə Tətbiqinə dair Yol Xəritəsinin qəbul edilməsini alqışlayırıq. Azərbaycan xüsusi proqramlar və mənbələr vasitəsilə bu Proqramın uğurlu olması üçün daha güclü və daha yaxşı əlaqəli koordinasiyaya yönəlmiş təşəbbüsləri dəstəkləyir. Bu arada ümid edirik ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin üçüncü konfransının çağırılması, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə prosesi hərtərəfli qiymətləndirməyə imkan verəcək və ortaya çıxan problemlərlə necə məşğul olacağımıza dair yeni bir baxışa səbəb olacaq.

Ticarət və nəqliyyatdan əldə edilən gəlir bölgələr və ölkələr arasında qeyri-bərabər paylanır. Bəzi ölkələr, xüsusən də dənizə çıxışı olmayan kiçik ölkələr qlobal ticarət sistemindən kənarda qalırlar. Nəqliyyat infrastrukturuna qoyulan ümumi sərmayənin 70 dəhliz iqtisadiyyatında 144 milyard ABŞ dolları olduğu təxmin edilir. Bununla yanaşı, dəhliz ölkələrinin cəlb etdiyi ticarət və investisiyalar, əlavə dəyər qazanmaq və yaratmaq potensialından xeyli aşağıdır.

Səmərəli və etibarlı tranzit marşrutlarının inkişafı dəhliz ölkələrinin geniş əməkdaşlığını tələb edir. Bu nəqliyyat dəhlizləri təkcə infrastruktur layihələri deyil. Sərbəst ticarətin təşviqi, texnologiya və yeniliklərin mübadiləsi və dəhliz boyunca ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulması üçün də nəzərdə tutulmuşdur. Bu mənada özəl sektor da daxil olmaqla bütün tərəfdaşlarımızı dəhlizlərin potensialından tam istifadə etməyə çağırırıq.

Təkcə son bir neçə ildə Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoymuşdur. Dünya İqtisadi Forumunun (WEF) məlumatına görə, bu addımlar sayəsində Azərbaycan hazırda yolların keyfiyyətinə görə dünyada 27-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdədir. İllik 6,5 milyon ton yük daşıma qabiliyyətinə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu Çin ilə Cənub-Şərqi Avropa arasında daşınma müddətini 70% azaltmağa imkan verir. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 100 milyon konteyner də daxil olmaqla yükləmə gücü ildə 10 milyon tondur. Əlavə olaraq 260-dan çox gəmisi olan Azərbaycan, Xəzər dənizində ən böyük ticarət donanmasına da sahibdir. Azərbaycan logistika və tranzit qovşağı rolu üçün lazımi infrastrukturun qurulması məqsədilə çox səy göstərdi və bu proses bu gün də davam edir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və firavanlıq üçün yeni perspektivlər açır. 10 Noyabr 2020-ci il tarixli birgə bəyanat, xüsusi olaraq bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı. Kommunikasiyaların bərpası bütün tərəfdaşlar üçün qazanclı bir vəziyyətdir və daha geniş Xəzər dənizi coğrafiyasının əhəmiyyətini artırır. Azad edilmiş ərazilərimizdə yaranan nəqliyyat qovşağı Trans-Avrasiya nəqliyyat layihələri çərçivəsində bütün Cənubi Qafqazın mövqeyini gücləndirəcək. Yeni quru xətti - Azərbaycanla Türkiyə arasında Zəngəzur dəhlizi, mövcud ticarət və nəqliyyat əlaqələrinə əlavə olaraq xidmət edəcək.

Azərbaycanın təşəbbüsləri, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr daxilində əməkdaşlığı gücləndirmək marağımızın və potensialımızın ən yaxşı nümunəsidir. Tərəfdaşlarımızla əməkdaşlığa və xalqlarımızın ümumi rifahı üçün onların təşəbbüslərini dəstəkləməyə hazırıq".

Qeyd edək ki, LLDC qrupu açıq dənizə birbaşa çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb.

LLDC qrupu əsasən Asiya və Afrika qitələrini, qismən də Avropa və Cənubi Amerikanı təmsil edən müxtəlif inkişaf səviyyəsinə malik 32 ölkəni birləşdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zəngəzur-dəhlizi   BMT  

Nazir: "Zəngəzur dəhlizi mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq"

2021/09/42580-1632466036.jpg
Oxunub: 414     10:32     24 Sentyabr 2021    

Bizi "telegram"da izləyin