Şəhid övladları üçün Bakı Atıcılıq Mərkəzində ekskursiya təşkil edilib

2021/09/a4bfa-1632395457.jpg
Oxunub: 352     15:04     23 Sentyabr 2021    
Bakı Atıcılıq Mərkəzində şəhid, qazi, veteran və aztəminatlı ailələrin övladları, eyni zamanda paralimpiyaçılar və gənclər üçün ekskursiya təşkil edilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, nazirliyin, Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, Suraxanı Gənclər Evi və Bakı Atıcılıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi vətənpərvərlik ruhunun gənclərdə aşılanması və onların vətənə olan bağlılığının gücləndirilməsi, gənclərdə idmana olan sevgisinin artırılması, güllə atıcılığı idman növünə gənclərə marağın yaradılması olub.

Ekskursiyada gənclər atıcılıqla bağlı bir sıra məlumatlar əldə edib, mərkəzin fəaliyyət prosesi ilə yaxından tanış olub, tanınmış atıcılarla görüşüblər.

Afina-2004 olimpiadasının bürünc medalçısı, Azərbaycanı 1996, 2000, 2004 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında, 2015-ci ildə I Avropa Oyunlarında təmsil etmiş İradə Aşumova ilə müzakirəli şəkildə baş tutan görüşdə gənclər atıcılığın sirlərinə yiyələniblər.

Daha sonra ekskursiya iştirakçıları arasında atıcılıq yarışı keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-övladları   Ekskursiya  


Şəhid övladları üçün Bakı Atıcılıq Mərkəzində ekskursiya təşkil edilib

2021/09/a4bfa-1632395457.jpg
Oxunub: 353     15:04     23 Sentyabr 2021    
Bakı Atıcılıq Mərkəzində şəhid, qazi, veteran və aztəminatlı ailələrin övladları, eyni zamanda paralimpiyaçılar və gənclər üçün ekskursiya təşkil edilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, nazirliyin, Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, Suraxanı Gənclər Evi və Bakı Atıcılıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi vətənpərvərlik ruhunun gənclərdə aşılanması və onların vətənə olan bağlılığının gücləndirilməsi, gənclərdə idmana olan sevgisinin artırılması, güllə atıcılığı idman növünə gənclərə marağın yaradılması olub.

Ekskursiyada gənclər atıcılıqla bağlı bir sıra məlumatlar əldə edib, mərkəzin fəaliyyət prosesi ilə yaxından tanış olub, tanınmış atıcılarla görüşüblər.

Afina-2004 olimpiadasının bürünc medalçısı, Azərbaycanı 1996, 2000, 2004 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında, 2015-ci ildə I Avropa Oyunlarında təmsil etmiş İradə Aşumova ilə müzakirəli şəkildə baş tutan görüşdə gənclər atıcılığın sirlərinə yiyələniblər.

Daha sonra ekskursiya iştirakçıları arasında atıcılıq yarışı keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-övladları   Ekskursiya  


Bizi "telegram"da izləyin