Yuxarı ətrafları amputasiya olunan qazilərə yaxın günlərdə son nəsil protezlər veriləcək

2021/09/42729-1632381594.jpg
Oxunub: 753     11:12     23 Sentyabr 2021    
"Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanacaq".

Ordu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsalı olan son nəsil protezlər mərkəzə gətirilib: "İlkin mərhələdə mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb".

Qeyd edək ki, ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

Bundan əvvəl isə qazilərimizin 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏƏSMN   Qazi  


Yuxarı ətrafları amputasiya olunan qazilərə yaxın günlərdə son nəsil protezlər veriləcək

2021/09/42729-1632381594.jpg
Oxunub: 754     11:12     23 Sentyabr 2021    
"Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanacaq".

Ordu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsalı olan son nəsil protezlər mərkəzə gətirilib: "İlkin mərhələdə mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb".

Qeyd edək ki, ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

Bundan əvvəl isə qazilərimizin 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏƏSMN   Qazi  


Bizi "telegram"da izləyin