Ermənistan hökuməti büdcə göstəriciləri baxımından necə uğursuz oldu?

2020/03/Untit-1585478517.jpg
Oxunub: 519     16:25     23 Sentyabr 2021    
2021-ci il Ermənistanın dövlət büdcəsi haqqında qanun təxminən 1.509.5 milyard dram və Ermənistan hökuməti tərəfindən rüblük olaraq təsdiqlənən ilin ilk yarısı üçün 697.9 milyard dram büdcə gəlirləri nəzərdə tutur.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr yazır ki, 2021-ci ilin birinci yarısında, hökumətin yarımillik nizamlanmış proqram ilə proqnozlaşdırılan indeksi 7,2%-lə üstələməklə 790,9 milyard dram real gəlir əldə edilib.

Bu məbləğin 786.5 milyard dramı proqramın 108.8%-ni təmin edən daxili mənbələrdən əldə olunmuş gəlirlər, 4.3 milyard dramı isə rəsmi qrant şəklində alınıb ki, bu da planlaşdırılmış göstəricidən 71.2% aşağıdır.

Hökumətin ilkin proqramına əsasən, 2021-ci ilin birinci yarısı üçün 665 milyard dram vergi və rüsum təyin edilib. 2021-ci ilin birinci yarısı üçün nizamlanmış proqram 696.7 milyard dram təşkil edib, bunun üçün Ermənistan dövlət büdcəsinə 750.2 milyard dram vergi və dövlət rüsumu ödənilib ki, bu da yarımillik proqramla müəyyən edilmiş indeksi 7.7%-lə üstələyib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə vergi gəlirləri və dövlət rüsumları 10,3% və ya 69,9 milyard dram artıb ki, bu da əsasən əlavə dəyər vergisi, gömrük rüsumları, mənfəət vergisi, sosial ödənişlər, həmçinin digər vergilər üzrə gəlirlərinin artması ilə şərtləndirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaos  

Ermənistan hökuməti büdcə göstəriciləri baxımından necə uğursuz oldu?

2020/03/Untit-1585478517.jpg
Oxunub: 520     16:25     23 Sentyabr 2021    

Bizi "telegram"da izləyin