ABŞ İsrailə “Dəmir Günbəz” sistemi üçün 1 milyard dollar vəsait ayırmaq niyyətindədir

2021/09/7YVMG-1632375953.jpg
Oxunub: 499     15:01     23 Sentyabr 2021    
ABŞ Nümayəndələr Palatasının Ödənişlər Komitəsinin rəhbəri İsrailin “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin bərpa edilməsinə 1 milyard dollar vəsait ayırmaq üçün qanun qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Qanun layihəsi tezliklə Konqresin palatalarında müzakirəyə çıxarılacaq.

Konqresin Araşdırma Xidmətinin ötən ilki hesabatına görə, ABŞ artıq İsrailin “Dəmir Günbəz” sistemini inkişaf etdirməsi üçün 1,6 milyard dollardan çox vəsait ayırıb.

Agentlik qeyd edir ki, Konqresin hər iki palatasında İsrailə yardımla bağlı birmənalı fikir yoxdur. Bəzi Demokratlar bu il ABŞ-İsrail siyasəti ilə bağlı narahatlıqlarını dilə gətirib.

İsrail bu ilin may ayındakı toqquşmada Qəzzadan atılan 4350 raketin çoxunu “Dəmir Günbəz” sistemləri ilə məhv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Dəmir-Günbəz  


ABŞ İsrailə “Dəmir Günbəz” sistemi üçün 1 milyard dollar vəsait ayırmaq niyyətindədir

2021/09/7YVMG-1632375953.jpg
Oxunub: 500     15:01     23 Sentyabr 2021    
ABŞ Nümayəndələr Palatasının Ödənişlər Komitəsinin rəhbəri İsrailin “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin bərpa edilməsinə 1 milyard dollar vəsait ayırmaq üçün qanun qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Qanun layihəsi tezliklə Konqresin palatalarında müzakirəyə çıxarılacaq.

Konqresin Araşdırma Xidmətinin ötən ilki hesabatına görə, ABŞ artıq İsrailin “Dəmir Günbəz” sistemini inkişaf etdirməsi üçün 1,6 milyard dollardan çox vəsait ayırıb.

Agentlik qeyd edir ki, Konqresin hər iki palatasında İsrailə yardımla bağlı birmənalı fikir yoxdur. Bəzi Demokratlar bu il ABŞ-İsrail siyasəti ilə bağlı narahatlıqlarını dilə gətirib.

İsrail bu ilin may ayındakı toqquşmada Qəzzadan atılan 4350 raketin çoxunu “Dəmir Günbəz” sistemləri ilə məhv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin