Fransa Argentina üçün patrul katerlərinin inşasını başa çatdırır

2021/09/naval-1632375276.jpg
Oxunub: 612     15:49     24 Sentyabr 2021    
Fransanın “Naval Group” şirkəti Argentina üçün sonuncu çoxfunksiyalı patrul katerinin inşasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Patrul kateri şirkətlə Argentina arasında 2018-ci ildə imzalanan müqavilə çərçivəsində inşa edilir.

Bundan əvvəl inşa edilən katerlər 2019-2021-ci illərdə Argentina donanmasına təhvil verilib. Sonuncu gəminin gələn il tədarük edilməsi planlaşdırılır.

Müqavilədə nəzərdə tutulan sonuncu gəmi Antarktidanın soyuq sularında naviqasiya üçün uyğunlaşdırılıb.

87 m uzunluğunda olan patrul katerləri üç həftədən çox müddətdə dəniz sularında qala bilər. 20 düyn sürətlə hərəkət edə bilən gəmi 1650 ton subasımına malikdir və göyərtəsində bir helikopter daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Argentina  


Fransa Argentina üçün patrul katerlərinin inşasını başa çatdırır

2021/09/naval-1632375276.jpg
Oxunub: 613     15:49     24 Sentyabr 2021    
Fransanın “Naval Group” şirkəti Argentina üçün sonuncu çoxfunksiyalı patrul katerinin inşasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Patrul kateri şirkətlə Argentina arasında 2018-ci ildə imzalanan müqavilə çərçivəsində inşa edilir.

Bundan əvvəl inşa edilən katerlər 2019-2021-ci illərdə Argentina donanmasına təhvil verilib. Sonuncu gəminin gələn il tədarük edilməsi planlaşdırılır.

Müqavilədə nəzərdə tutulan sonuncu gəmi Antarktidanın soyuq sularında naviqasiya üçün uyğunlaşdırılıb.

87 m uzunluğunda olan patrul katerləri üç həftədən çox müddətdə dəniz sularında qala bilər. 20 düyn sürətlə hərəkət edə bilən gəmi 1650 ton subasımına malikdir və göyərtəsində bir helikopter daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Argentina  


Bizi "telegram"da izləyin