3 qat PUA zərbəsindən qaça bilməyən erməni hərbi qulluqçu

2020/12/4445-3215002810.jpg
Oxunub: 4668     15:19     23 Sentyabr 2021    
39 yaşlı erməni hərbi qulluqçu Derenik Avaqyan PUA zərbəsi nəticəsində məhv edilib.

Ordu.az xəbər verir ki, PUA-ların yeni zərbələri təhlükəsi altında elə müharibə zamanı Qarabağda basdırılıb. Müharibə bitdikdən sonra onun cəsədini Ermənistana köçürüblər.

Məhv edilən erməni Laçında qanunsuz məskunlaşan ailələrdən olub, dörd azyaşlı uşağı var. Həyat yoldaşı Sevinc Avaqyan son illərdə həyat yoldaşının xaricə işləmək üçün mütəmadi olaraq Rusiyaya getdiyini, lakin keçən il qayıtdığını və “Covid-19” karantini səbəbiylə Rusiyaya qayıda bilmədiyini söyləyir.

“Sentyabrın 28-dən 7 oktyabra qədər onu axtarırdıq, hamı zəng edirdi, hamı xəbərdar idi, hamı danışırdı, amma ondan heç bir xəbər yox idi”, - deyə o qeyd edib.

Müharibə zamanı və ondan sonra Sevinc Avaqyan sülhməramlıların müşayiəti ilə ərinin məzarını dəfələrlə ziyarət etsə də, onun qalıqlarını Çarentsavan qəbiristanlığına köçürə biliblər.

Məlumata görə, Derenik əvvəlcə ayağından yaralanıb. Bir müddət sonra, PUA zərbəsindən ikinci zədə alıb. Xəstəxanaya çatdırılmaq üçün digər yaralılarla birlikdə yük maşına mindirilsə də, yenə PUA tərəfindən vurulub və yaralıların hamısı yerindəcə məhv edilib. Digər PUA isə məhv edilən əsgərləri daşıyan yük maşınına çırpılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   PUA  

3 qat PUA zərbəsindən qaça bilməyən erməni hərbi qulluqçu

2020/12/4445-3215002810.jpg
Oxunub: 4669     15:19     23 Sentyabr 2021    

Bizi "telegram"da izləyin