Amerika-Britaniya demarşı: Ermənistan Fransaya qarşı?

2021/07/Untit-1626423995.jpg
Oxunub: 1180     14:15     22 Sentyabr 2021    
Fransa ABŞ, Böyük Britaniya və Avstraliya üçlüyünün Hind-Sakit okean alyansını yaratmaq haqqında qərarına kəskin reaksiya verib. Bu, Fransa Prezidenti Makron səviyyəsində “arxadan zərbə” kimi qiymətləndirilib.

Məlum olduğu kimi, Avstraliya bu alyans haqqında bəyanatdan sonra Fransa ilə sualtı qayıqların alğı-satqı sövdələşməsini ləğv edib, çünki üçlü alyans çərçivəsində nüvə sualtı qayıq texnologiyalarını alacaq. Məlum olduğu kimi, alyansın məqsədi Hind-Sakit okean sahəsində təhlükəsizlik prioritetidir, bunun vasitəsilə Çinin cilovlanması məsələsini həll etməyə də cəhd edəcəklər.

Bayden administrasiyasının fəaliyyətə başlamasından sonra sanki kifayət qədər intensiv və mehriban Bayden-Makron təması təsdiq edildiyi halda niyə ABŞ və Böyük Britaniya Fransanı kənara atıb? Fransa, hətta Vaşinqtondan öz səfirini geri çağırdığı halda “arxadan zərbə” vurmaq nəyə lazımdır?

Əlbəttə, ABŞ Parisə cavab verib və qeyd edib ki, bu münasibəti başa düşürlər, Fransanın reaksiyasını anlayırlar. Məgər bu o deməkdir ki, ilk kəskin narazılıqdan sonra gələcək narazılıqların baş verməsini aradan qaldıracaq qarşılıqlı anlaşmaya dair bir proses başlaya bilər?

Bu, ilk növbədə söhbətin ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsindən getməsi kontekstində çox vacibdir. Bu iki həmsədr ölkə Cənubi Qafqaz ölkələri üçün vacib gündəmə də toxunur. Əlbəttə, bu, regionda onların düzgün fəaliyyət göstərdiyinə dəlalət etmir, lakin minimum da olsa bənzər məsələləri bu konteksdə nəzərdən keçirməyə bilmərik. Xüsusilə, burada söhbət Ermənistan-Fransa münasibətlərində gərginliyin yaranmasında gedirsə, bənzər məsələlər diqqətlə nəzərdən keçirilməlidir.

Haşiyə: Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.

Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.

Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.

Buna görə də ABŞ və Fransanın qarşılıqlı münasibətlərinin sabitliyi Ermənistan üçün əhəmiyyətli amildir. Lakin Ermənistanda bu münasibətləri təkcə Qarabağ məsələsində yanaşmalar baxımından əhəmiyyətli hesab etmirlər. Burada başqa bir hal da diqqətəlayiqdir. Son iki-üç həftədə hətta prezidentlər Makron və Rəisinin iştirakı ilə kifayət qədər maraqlı Fransa-İran dialoqu baş tutmuşdu. Dialoqda ikitərəfli münasibətlərdə yeni səhifə açmaq, Fransanı İran üçün Avropa ilə geniş münasibətin “provayder”i kimi nəzərdən keçirmək haqqında danışılırdı.

Təbii ki, Amerika-Britaniya demarşı bu inkişaflara da ciddi təsir edəcək. Məsələ burasındadır ki, Ermənistan bir sıra baxımlardan siyasi iş imkanı qazanaraq Fransa-İran münasibətinin inkişafından faydalanmağı düşünürdü. Lakin göründüyü kimi, bu proses Amerika-Britaniya istəksizliyinin hədəfinə düşür və mühit tamamilə başqa cür olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Fransa  

Amerika-Britaniya demarşı: Ermənistan Fransaya qarşı?

2021/07/Untit-1626423995.jpg
Oxunub: 1181     14:15     22 Sentyabr 2021    

Bizi "telegram"da izləyin