Ermənistanda qazın qiymətinin qeyri-müəyyən gələcəyi: İrəvan Moskvaya güvənmir

2021/08/pasin-1630401377.jpg
Oxunub: 1131     16:01     22 Sentyabr 2021    
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Avropada qaz tarifinin rekord göstəriciyə çatdığını nəzərə alsaq, qaz tarifi ilə bağlı konkret qeyri-müəyyənlik var. Sentyabrın 15-də Avropanın fyuçers bazarında qazın qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 950 dolları keçib və gün ərzində sürətli artımı təmin edib.

Sonrakı günlərdə qiymətlər bir az düzəlib, lakin gündəlik artım hələ də çox yüksəkdir, təxminən 13 faizdir. Paşinyanın müavini Mher Qriqoryan “Hayastan” blokunun deputatı Armen Gevorqyanın “Məgər 2022-ci il üçün Ermənistana tədarük edilən qazın tarifi ilə bağlı müəyyənlik var?” sualına cavab verərək deyib:

“Əslində “Qazprom” qrupu ilə danışıqlar permament xarakteri daşıyır. Biz hər il tarif məsələsinə toxunuruq və ən azı qiymətin saxlanılması, artırılmaması haqqında danışmağa çalışırıq. Buna baxmayaraq, “Qazprom” tərəfindən iddia var ki, 2013-cü il razılaşması ilə planlaşdırılmış mənfəətin miqdarı onları qane etmir. İş prosesidir, hazırda danışıqlar prosesi gedir, ümid edirəm ki, qazın qiyməti ilə bağlı gözlənilməz heç bir inkişaf baş verməyəcək. Danışıqlar yekunlaşdırma mərhələsində olanda məlumat paylaşacam”.

Avropada fyuçerslərdə qazın qiymətinin artması Rusiya ilə heç bir əlaqəyə malik deyil və Rusiyadan boru kəməri ilə tədarük edilən qazın qiymətinə təsir etmir. “RİA Novosti” agentliyinin məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bənzər bəyanat verib.

“Bu proseslər Rusiya ilə hər hansı əlaqəyə malik deyil, üstəlik, qazın spot qiymətləri boru kəməri ilə tədarük edilən qazın qiymətinə təsir etmir və Avropada qaz alanlar bu dəyişiklikləri hiss etmirlər, çünki oradakı qiymət başqa düsturla hesablanır”, - deyə Peskov bildirib.

Onun sözlərinə görə, “Şimal axını-2”nin tezliklə istismara təhvil verilməsi Avropada, eləcə də spot bazarda təbii qazın qiymətini xeyli tarazlaşdıracaq. “Qaza tələbat böyükdür, bundan başqa qışın necə olacağı hələ məlum deyil, soyuq olacağı halda təbii olaraq daha çox qaz tələb olunacaq”, - deyə o qeyd edib.

Bu yaxınlarda “Qazprom” ASC-nin idarə heyətinin sədri Aleksey Miller Ermənistana gəlmişdi, onunla görüşdə Paşinyan deyib ki, “Qazprom” energetika sahəsində Ermənistanın strateji tərəfdaşıdır və hökumət qarşılıqlı faydalı əməkdaşlığın inkişafını vacib hesab edir.

Aleksey Miller əmin edib ki, “Qazprom” şirkətin qarşısına qoyulmuş bütün vəzifələri həyata keçirməyə davam etməyə hazırdır. “Energetika sahəsində Ermənistan-Rusiya əməkdaşlığının gedişatı və inkişaf perspektivləri də müzakirə olunub, “Qazprom” şirkətinin fəaliyyətinə aid olan məsələlərə toxunuş olub. Hər iki tərəf Ermənistanın enerji inkişafına, etibarlı qaz tədarükü sisteminin formalaşmasına yönəlmiş davamlı proqramları vacib hesab edib”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilib.

Moskva indi İrəvana qarşı sakit şəkildə qazın qiymətindən dəyənək kimi istifadə edə bilər. Bu məsələ həmişə olub, bütün dövrlərdə qazın qiyməti heç vaxt yalnız iqtisadi amil olmayıb. Üstəlik də indi xüsusən söhbət Ermənistandan gedəndə qazın qiyməti siyasi məsələdir.

Digər tərəfdən Moskva Nikol Paşinyan kimi müstəsna itaətkar qazanıb və qazın qiymətinin qaldırılması ilə onu cəzalandırmaq üçün səbəbə malik deyil. Lakin İrəvanda Moskvanın planlarının dəyişmədiyindən heç kim əmin deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İrəvan   Moskva  

Ermənistanda qazın qiymətinin qeyri-müəyyən gələcəyi: İrəvan Moskvaya güvənmir

2021/08/pasin-1630401377.jpg
Oxunub: 1132     16:01     22 Sentyabr 2021    

Bizi "telegram"da izləyin