ABŞ-da hazırda beş B-21 stels bombardmançısı istehsal edilir

2021/09/UR2P7-1632208020.jpg
Oxunub: 909     17:45     23 Sentyabr 2021    
“Northrop Grumman” şirkətinin Kaliforniyadakı zavodunda hazırda beş ədəd B-21 “Raider” stels texnologiyaya malik bombardmançı təyyarə istehsal edilir.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Nəşr qeyd edir ki, hazırda istehsal edilən təyyarlərin hamısı sınaq üçün nəzərdə tutulub. Bundan əvvəl istehsal prosesində sadəcə 2 təyyarənin olduğu bildirilmişdi.

ABŞ Hərbi Hava Qüvvələri 2020-ci illərin ortalarında başlayaraq ən azı 100 ədəd B-21 almağı planlaşdırır. Təyyarələrin istehsal prosesinin nə vaxt başayacağı hələlik məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Northrop-Grumman  


Bizi "telegram"da izləyin