Ərdoğan oyun kartlarını açır: Paşinyanın təklifinə “Zəngəzur dəhlizi“ cavabı

2021/09/3444-1630763863.jpg
Oxunub: 4911     15:50     20 Sentyabr 2021    
“Ermənistanın Baş naziri Gürcüstanın Baş naziri vasitəsilə mənə görüş təklifi edib”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan deyib ki, Ermənistan Naxçıvan-Azərbaycan əlaqəsi üçün Zəngəzur dəhlizi məsələsini müzakirə etsə, belə bir görüş mümkündür.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistanın Baş naziri bir tərəfdən dəhliz məsələsini müzakirə etməyəcəyini deyir, digər tərəfdən onunla görüşmək istəyir. Ərdoğanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunarsa, belə bir görüş mümkündür. Faktiki olaraq Ərdoğan Nikol Paşinyanın təklifini açıqlayır, üstəlik bunu müəyyən dərəcədə diqqətəlayiq vurğu və tonla edir.

“Əgər kimsə Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyirsə, şərt Azərbaycan və Ermənistan arasında məsələlərin həllidir”, - deyə Türkiyə Prezidenti bildirib. Beləliklə, Ərdoğan bəlkə də iki siqnal göndərir. Əvvəla, göstərməyə çalışır ki, erməni tərəfi və ya Ermənistan-Türkiyə münasibətləri mövzusunda hər hansı başqa üçüncü tərəf ilə hansısa ayrıca müzakirəyə sahib deyil.

Beləliklə, Türkiyə Prezidenti sakitləşdirici siqnal göndərir, eyni zamanda işarə edir ki, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı danışmağa hazırdır, lakin əsla, belə desək, bərabər-bərabərə prinsipi ilə danışmağa hazır deyil və o, daha böyük çaplı oyunçu olan Rəcəb Tayyib Ərdoğandır. Türkiyə Prezidentinin digər siqnalı budur. Təbii ki, bu siqnalın dipnotunda, həmçinin belə bir məsələ var ki, o, Ermənistan-Türkiyə münasibətləri mövzusunda əvvəlcə bu çapa uyğun olan oyunçuları, sonra Ermənistanı nəzərdən keçirir.

Ümumiyyətlə, Ermənistan-Türkiyə mövzusu Ərdoğan üçün Moskva və ya Vaşinqton ilə münasibətlərdə oyun kartıdır. Bu oyun kartlarını oynamağa və ya bu mərkəzlərdəki bəzi niyyətlərdən xəbərdar olmağa, yaxud müəyyən problemləri aradan qaldırmağa və erməni məsələsini bu problemlərin həlli işində müəyyən vasitə kimi nəzərdən keçirmək Ərdoğanın müdrik siyasətinə uyğundur.

Buna görə də Ərdoğan bəlkə də Paşinyanın təklifi haqqında danışaraq, onu qaldıraraq və ya “aşkara çıxararaq” əslində işarə vurur: “Danışılası bir şeyiniz varsa, özünüz mənə deyin”. Bu işarə Ağ Ev və ya Kremlə yönəlib, burada fərziyyələr ola bilər, birmənalı göstərici yoxdur.

Əlbəttə, maraqlı ola bilər ki, təklif nə zaman edilib, Paşinyanın Gürcüstana etdiyi səfər zamanı, yoxsa daha əvvəl, hələ bir neçə ay əvvəl Gürcüstan Baş naziri Türkiyəyə səfər edəndə edilib, sadəcə olaraq Ərdoğan bu barədə indi danışmağa qərar verib? Məsələ burasındadır ki, hər halda söhbət Ərdoğanın indi danışmaq qərarına gəldiyi çoxdankı təklifdən getsə belə, bu, əsla ikinci dərəcəli epizod hesab edilə bilməz.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərdoğan   Zəngəzur  

Ərdoğan oyun kartlarını açır: Paşinyanın təklifinə “Zəngəzur dəhlizi“ cavabı

2021/09/3444-1630763863.jpg
Oxunub: 4912     15:50     20 Sentyabr 2021    

Bizi "telegram"da izləyin