Erməni ictimai xadim: “Niyə bu, erməni cəmiyyətindən gizli saxlanılıb?”

2021/09/maxre-1632134432.jpg
Oxunub: 707     16:23     20 Sentyabr 2021    
“Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə Gorus-Qafan yolunda yaranmış vəziyyətlə bağlı deputatların suallarına cavab verərək bildirib ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri əldə edilmiş razılaşmaya əsasən Sovet Ermənistanında irs alınmış sərhədə geri çəkiliblər”.

Ordu.az xəbər verir ki, bunu öz məqaləsində erməni ictimai xadim Hayk Davtyan yazıb.

Davtyanın sözlərinə görə, Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinin mövqelərini SSRİ-dən miras alınan sərhədlərə uyğunlaşdırmaq prosesini yerinə yetiriblər və bu, yeni eskalasiyadan yayınmaq üçün həyata keçirilib.

“Axı Nikol Paşinyan hansı razılaşma haqqında danışır? Dekabrda əldə edilmiş, yoldan istifadə məsələsinin müzakirə edildiyi razılaşma harada dərc olunub, niyə bu, erməni cəmiyyətindən gizli saxlanılıb?”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Erməni ictimai xadim: “Niyə bu, erməni cəmiyyətindən gizli saxlanılıb?”

2021/09/maxre-1632134432.jpg
Oxunub: 708     16:23     20 Sentyabr 2021    
“Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə Gorus-Qafan yolunda yaranmış vəziyyətlə bağlı deputatların suallarına cavab verərək bildirib ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri əldə edilmiş razılaşmaya əsasən Sovet Ermənistanında irs alınmış sərhədə geri çəkiliblər”.

Ordu.az xəbər verir ki, bunu öz məqaləsində erməni ictimai xadim Hayk Davtyan yazıb.

Davtyanın sözlərinə görə, Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinin mövqelərini SSRİ-dən miras alınan sərhədlərə uyğunlaşdırmaq prosesini yerinə yetiriblər və bu, yeni eskalasiyadan yayınmaq üçün həyata keçirilib.

“Axı Nikol Paşinyan hansı razılaşma haqqında danışır? Dekabrda əldə edilmiş, yoldan istifadə məsələsinin müzakirə edildiyi razılaşma harada dərc olunub, niyə bu, erməni cəmiyyətindən gizli saxlanılıb?”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin