Putinin qəribə uzaqlaşması nə ilə əlaqədardır? – Rusiyanı çətin qərarlar gözləyir

2021/09/66-1632133438.jpg
Oxunub: 862     14:22     20 Sentyabr 2021    
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin özünütəcrid rejiminə keçib. Bu barədə Putin özü ötən günlərdə rusiyalı paralimpiya idmançılarının mükafatlandırılması mərasimində bildirmişdi. Putin bəyan etmişdi ki, ətrafında yoluxanlar var və ola bilsin o, karantin rejiminə keçsin.

Daha sonra Putinin təcrid edildiyi təsdiq olunub. O, ötən gün keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının, eləcə də KTMT-nin Zirvə toplantılarında iştirak etmədi. Putinin mətbuat katibi Rusiya Prezidentinin yoluxmadığını, ancaq ətrafında yoluxmuş insanların olduğunu, buna görə də özünü təcrid etdiyini bildirdi. Burada daha maraqlısı odur ki, Putin bunu əvvəlcədən elan edərək özünü təcrid edib.

Keçmişdə də mətbuat və ekspertlər onun arenadan qəribə “yoxa çıxma” dövrlərini qeyd etmişdilər, lakin bu barədə hansısa bir rəsmi kanalla əvvəlcədən elan edilməmişdi. Və budur, bu dəfə bəyan edilir ki, koronavirus təhlükəsi səbəbindən Putin özünü təcrid edir. Əvvəlcədən elan etməkdən başqa, digər maraqlı hal budur ki, Putin Rusiya Dövlət Duması seçkisindən əvvəl bəyan etdi və özünütəcridə keçdi.

Seçki sentyabrın 17-19-da baş tutdu. Epidemiya səbəbindən səsvermə bir neçə gün keçirildi. Lakin, yumşaq dildə desək, belə bir ehtimal az deyil ki, bu məsələdə epidemiya bəhanədir, əsas məsələ isə odur ki, səsvermə mənzərəsi və vəziyyət nəzarətdən çıxsa, yaxud belə bir real təhlükə yaransa, uzadılmış səsvermə, belə desək, zəruri tədbirlər görmək üçün hakimiyyətə zaman və imkan verəcəkdi.

Bu təhlükə isə ona görə realdır ki, hakim Vahid Rusiya Partiyası reytinqlə bağlı, yumşaq dildə desək, ciddi problemə sahibdir. O qədər ciddi ki, seçki siyahısına başçılıq etmək üçün Sergey Lavrov və Sergey Şoyqu səfərbər edilib. Əlbəttə, bu kömək etsə… Lakin hakim partiyanın yenidən seçilməsi üçün problem olan təkcə reytinq məsələsi deyil.

Əvvəla, Putinin reytinqi özlüyündə kifayət qədər ciddi problemə malikdir və bundan başqa, ən həssas məsələ bəlkə də məhz hakim sistem daxilində olan problemlər, müxtəlif qanadlar arasında olan mübarizədir. Bu mübarizə artıq illərdir davamlı olaraq var və bir tərəfdən seçki mərhələsinə, digər tərəfdən kifayət qədər çətin iqtisadi vəziyyətə görə ağırlaşır. Sözügedən ağır iqtisadi vəziyyət Qərbin Rusiyaya qarşı sanksiyalarının nəticəsidir.

Sistem daxilində mübarizənin kifayət qədər kəskin olduğu bu şəraitdə sistem xaricində seçki prosesi bir sıra qaçılmaz inkişaflarla dolu ola bilər. Ola bilər bunları “ört-basdır etmək” mümkün olsun, ancaq bu halda ola bilər daxildəki vəziyyəti daha da qızışdırmaq, belə desək, “içəri atmaq” bahasına mümkün olsun. Göründüyü kimi, Putinin “təcrid edilmə”sinin motivi bəlkə də çətin qərarlar qəbul etmək və onları həyata keçirmək səbəbindəndir.

Yeri gəlmişkən, Rusiya Prezidentinin gözlənilməz təcridindən sonra onun Baydenlə, qeyri-rəsmi xəbərlərə görə, oktyabrda baş tuta biləcək ikinci görüşü barədə mətbuatda məlumat peyda olmasını nəzərdən keçirmək bəlkə də lazımsız deyil.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Putin  

Putinin qəribə uzaqlaşması nə ilə əlaqədardır? – Rusiyanı çətin qərarlar gözləyir

2021/09/66-1632133438.jpg
Oxunub: 863     14:22     20 Sentyabr 2021    

Bizi "telegram"da izləyin