Dəhliz tələbi və qanunsuz daşınma faktı: Tehranla Bakı nə haqqında danışıb?

2021/09/444-3264267484.jpg
Oxunub: 1902     14:54     20 Sentyabr 2021    
Xəbər verdiyimiz kimi, İranın Azərbaycandakı səfiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Məlum olduğu kimi, Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Daha sonra erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn yük maşınınlarının Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi də bu faktı təsdiqləyib və bildirib ki, Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Azərbaycan sektorda keçid məntəqələri qoyub və tranzit yol prinsipi ilə iranlı sürücülərdən keçid haqqı tələb edir.

İran səfiri ilə Hikmət Hacıyevin nəyi müzakirə etdiyi məlum deyil, lakin ehtimal edilir ki, görüşdə Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.

Bu o deməkdir ki, Azərbaycan yaranmış yeni vəziyyətdə bu səviyyəyə uyğun siyasi tələblərini davam etdirir. Hazırda İrəvanda hərbi-siyasi dairələri yalnız bir sual düşündürür: bu tələblər hansı tələblərdir və Tehranın onlara qarşı münasibəti necədir, məgər Azərbaycan Tehranı Bakının Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış vəziyyətdə, xüsusən də Zəngəzur dəhlizi məntiqində önə çəkməyə çalışdığı gündəm sahəsinə gətirməyə çalışır?

Əlbəttə, burada onu qeyd etmək lazımdır ki, Azərbaycanın məqsədi legitimliyə sahibdir, burada istər qanunsuz daşınmaların qarşısının alınması, istərsə də Tehranın 10 Noyabr razılaşmasında nəzərdə tutulmuş Zəngəzur dəhlizi ilə bağlı əks mövqeyindən və bəyanatlarından uzaqlaşması əsas məsələlərdəndir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Azərbaycan  

Dəhliz tələbi və qanunsuz daşınma faktı: Tehranla Bakı nə haqqında danışıb?

2021/09/444-3264267484.jpg
Oxunub: 1903     14:54     20 Sentyabr 2021    

Bizi "telegram"da izləyin