Düşənbədə Paşinyan-Rəisi görüşü: Zəngəzur dəhlizi ilə bağlı hansı danışıqlar aparılır?

2021/09/00-69-1632132645.jpg
Oxunub: 2540     12:29     21 Sentyabr 2021    
Ötən həftə Tacikistanın paytaxtı Düşənbədə Ermənistan Baş naziri ilə İran Prezidentinin görüşü baş tutub. Nikol Paşinyan və İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının və KTMT-nin Assambleyaları münasibətilə Tacikistanda olublar. Nəticədə İran ŞƏT Assambleyası zamanı təşkilatın üzvü oldu.

Nikol Paşinyan və İbrahim Rəisi hələ avqustun 5-də Tehranda İranın yeni seçilmiş Prezidentinin fəaliyyətə başlama mərasimi keçirildikdə görüşmüşdülər. İran və Ermənistan liderləri faktiki olaraq ikinci dəfə və olduqca vacib bir zamanda görüşürlər. Söhbət İranın qanunsuz yük daşımalarından gedir.

Xatırladaq ki, Azərbaycan tərəfi bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Daha sonra erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn yük maşınınlarının Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi də bu faktı təsdiqləyib və bildirib ki, Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Azərbaycan sektorda keçid məntəqələri qoyublar və tranzit yol prinsipi ilə iranlı sürücülərdən keçid haqqı tələb edir. İran və Azərbaycan bir neçə gündür ki, bununla bağlı danışıqlar aparır. Lakin Bakının bu addımı Ermənistan-İran yük daşımalarında problemlər yaradıb.

Nikol Paşinyan və İbrahim Rəisi iki ölkə arasında fasiləsiz məhsul dövriyyəsi məsələsini müzakirə ediblər. Ötən gün İranın Ermənistandakı səfiri Ermənistan parlamentinin sədrinin qonağı idi. Məgər İrəvan və Tehran birgə qüvvələrin səfərbər edilməsi sayəsində maksimum dərəcədə qısa müddətdə Gorus-Qafan dövlətlərarası yolunun, belə desək, Azərbaycan ərazisindən keçən bir neçə km alternativi məsələsini həll edə bilərlər?

Eyni zamanda burada qeyd etmək lazımdır ki, sırf iqtisadi çəki baxımından Ermənistanla məhsul dövriyyəsi İran üçün böyük əhəmiyyətə malik deyil və Ermənistan iqtisadiyyatı üçün daha vacibdir, əhəmiyyətlidir. Buna görə də burada İran Ermənistanın malik olduğu kimi operativlik marağa malik olmaya bilər. Burada bəlkə də başqa bir ən vacib məsələ var. Bu məsələ siyasidir, ötən gün Paşinyan praktik olaraq işarə vurdu ki, yaranan problem Ermənistandan “dəhliz” gündəminə razılıq almaqla bağlı Azərbaycanın məntiqindədir.

Məsələ burasındadır ki, bu məsələdə İran Ermənistanın marağına nadir hallarda ahəngdar olan mövqeyə malik tərəfdir. Bakı Tehran istiqamətində addımları ilə İranın siyasi mövqelərinin dəyişməsinə nail olmağı bacarıb. Bu baxımdan, yaranmış yeni vəziyyətdə Ermənistan və İran liderləri Tacikistanda bir yerdə olmaq halından istifadə edirlər. Lakin maraqlıdır ikitərəfli görüş və müzakirələr üçün hansı razılığa gəlirlər?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Düşənbə   Paşinyan  

Düşənbədə Paşinyan-Rəisi görüşü: Zəngəzur dəhlizi ilə bağlı hansı danışıqlar aparılır?

2021/09/00-69-1632132645.jpg
Oxunub: 2541     12:29     21 Sentyabr 2021    

Bizi "telegram"da izləyin