Türkiyə ordusuna yeni silah daşıyan maşınlar təhvil verilib

2021/09/Silah-1632119602.jpg
Oxunub: 731     16:32     20 Sentyabr 2021    
Türkiyə ordusuna “Kaplan” və “Pars” adlı silah daşıyan maşınların növbəti partiyası təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda neçə maşının tədarük edildiyi bildirilməyib.

Komitə bildirib ki, ROKETSAN istehsalı “Omtas” raketi inteqrasiya edilən FNSS istehsalı “Kaplan” və “Pars” maşınları Türkiyə ordusuna təhvil verilib.

Müdafiə Sənayesi Komitəsi ilə FNSS arasında 2016-cı ildə imzalanan silahla təchiz edilmiş hərbi maşınlar layihəsi çərçivəsində 184 ədəd “Kaplan”, 76 ədəd “Pars” maşını olmaqla ümumilikdə 260 maşın istehsal edilməli idi. Daha sonradan müqavilənin dəyəri artırılmaqla istehsal ediləcək maşınların sayı 344-ə çatdırıldı.

OMTAS infraqırmızı görüntüləmə sistemi sayəsində gecə/gündüz və hər cür hava şəraitində işləyə bilər. 200-4000 metr mənzilə malik raketlərin uzunluğu 1.8 metr, çəkisi 36 kiloqramdır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kaplan   Pars  


Türkiyə ordusuna yeni silah daşıyan maşınlar təhvil verilib

2021/09/Silah-1632119602.jpg
Oxunub: 732     16:32     20 Sentyabr 2021    
Türkiyə ordusuna “Kaplan” və “Pars” adlı silah daşıyan maşınların növbəti partiyası təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda neçə maşının tədarük edildiyi bildirilməyib.

Komitə bildirib ki, ROKETSAN istehsalı “Omtas” raketi inteqrasiya edilən FNSS istehsalı “Kaplan” və “Pars” maşınları Türkiyə ordusuna təhvil verilib.

Müdafiə Sənayesi Komitəsi ilə FNSS arasında 2016-cı ildə imzalanan silahla təchiz edilmiş hərbi maşınlar layihəsi çərçivəsində 184 ədəd “Kaplan”, 76 ədəd “Pars” maşını olmaqla ümumilikdə 260 maşın istehsal edilməli idi. Daha sonradan müqavilənin dəyəri artırılmaqla istehsal ediləcək maşınların sayı 344-ə çatdırıldı.

OMTAS infraqırmızı görüntüləmə sistemi sayəsində gecə/gündüz və hər cür hava şəraitində işləyə bilər. 200-4000 metr mənzilə malik raketlərin uzunluğu 1.8 metr, çəkisi 36 kiloqramdır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kaplan   Pars  


Bizi "telegram"da izləyin